“İntiharların qarşısını almaq üçün şura yaradılmalıdır”- Ceyhun Osmanlı

“İntiharların qarşısını almaq üçün şura yaradılmalıdır”- Ceyhun Osmanlı
Sabiq millət vəkili Ceyhun Osmanlı sosial şəbəkədə maraqlı təkliflə çıxış edib. Sfera.az xəbər verir ki, sabiq millət vəkili orta məktəblərdəki intiharların sayının artmasını bu sahədəki boşluqlarla əlaqələndirib. Millət vəkili tezliklə şuranın yaradılmasının vacibliyini yazıb. Ceyhun Osmanlının statusunu olduğu kimi təqdim edirik:
"Təhsil sektorunda son günlərdə ciddi polemikalar var. Görünən budur ki, təhsil sektorunda çalışan xeyli dərdli insan var. Bu dərdlər dinlənilmədikcə və həllini tapmadıqca daha da dərinləşir və sonradan həlli mümkün olmayan problemlərə çevrilir. Görünür Təhsil sahəsində dövlət səviyyəsində nüfuzu olacaq bir İctimai Şuranın yaranmasına ehtiyac var. Vaxtilə vəya indi təhsil sahəsində çalışmış təcrübəli professor və akademiklərin olduğu bir Şura. Haqqı nahaqdan, xeyiri şərdən seçə biləcək bilik və təcrübəyə malik insanlar bir araya gəlməlidir. İnsanların inandığı və legitim gücü olan və təklifləri dövlət səviyyəsində eşidiləcək bir struktura ehtiyac var. Azərbaycan təhsili önəmlidir. Barrikadalar qurub qarşılıqlı daş atmaqla bu problemlər həllini tapmayacaq...Təhsil ekspertlərinin fikrini bilmək maraqlı olardı Etibar Əliyev Kamran Əsədov Emin Amrullayev Bakhtiyar Hajiyev Mehman Badalzade

P.S. əks təqdirdə intiharların sayı çoxala bilər...”


OXŞAR XƏBƏRLƏR

BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib

Birləşmiş Ərəb Əmirlikləri istiqamətində hərəkət edən iki reys, İran ərazisi üzərində hava məkanının müvəqqəti məhdudlaşdırılması səbəbindən marşrutunu dəyişərə...

Rusiyada azərbaycanlı iş adamı belə həbs edildi- ANBAAN VİDEO

Voronejdə azərbaycanlı sahibkar Yusif Xəlilov həbs edilib.   Sfera.az xəbər verir ki, bu haqda “Report” məlumat yayıb.   Y.Xəl...

Azərbaycanlı diaspor rəhbəri də Yekaterinburqda SAXLANILDI - VİDEO

Rusiyada daha bir azərbaycanlı iş adamı saxlanılıb. Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Telegram kanalları video görüntülə yayıb. Gö...

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...