Dilqəmlə Şahbazın ailələri Ermənistana gedəcək? - ŞOK TƏKLİF

12:15 / 16.04.2019
4343
Ermənistan və Azərbaycan xarici işlər Nazirlərinin Moskvada görüşü haqda Rusiya mətbuatı maraqlı detalları açıqlayıb.
Sfera.az Rusiya mətbuatına istinadən xəbər verir ki, qarşılıqlı razılaşmaya əsasən hər iki ölkə məhbusların yaxınlarının ziyarətlərinə icazə verəcək. Ancaq bu ziyarətin harada baş tutması olduqca gizlin qalıb. Belə ki, girovluqda olan Azərbaycan vətəndaşlarının ailə üzvləri Dilqəm Əsgərov və Şahbaz Quliyevlə Ermənistanda görüşə bilməz. O zaman bu görüş harada baş tutacaq. Bu ziyarətin də məhz ATƏT-in Minsk Qrupunun nəzarəti ilə baş tutuacağı haqqında Rusiya mətbuatı məlumat yayıb.