Azərbaycanda hakim qıtlığı: Tanınmış adların "qələmi qırıldı"

Azərbaycanda hakim qıtlığı: Tanınmış adların
Topaz Premyer Liqasında çox gərgin bir mübarizə mərhələsinə qədəm qoymuşuq. Çempionluq uğrunda mübarizə qızışır, avrokuboklara gedən komandaların siyahısı müəyyənləşir, son pilləni tutmamaq üçün döyüşlər davam edir. 

Hər kəsə məlumdur ki, çempionatda mübarizə kəskinləşdikcə hakimlər üzərində də müəyyən məsuliyyət formalaşır. Vacib oyunlar daha təcrübəli referilərə həvalə olunur. 

Amma Azərbaycan futbolunda hər şey tərsinədir. Oyunlar təcrübəsiz hakimlərə həvalə olunur və nəticə etibarı ilə səhvlərin sayı xeyli çoxalıb. Bunu artıq baş məşqçilər də etiraf edirlər. Bu gün isə növbəti turun təyinatları açıqlanıb. Bir hakim qısa zaman kəsiyində bir neçə funksiyanı yerinə yetirəcək. Bu isə ölkədə hakim qıtlığının göstəricisidir. Düzdür, ölkədə kifayət qədər hakim var. Sadəcə, hakimiyyət dəyişikliyindən sonra bir sıra hakimlər ofsaydda saxlanılıb.

Cari mövsümdə idarəçilik edən Rəhim Həsənov, Rauf Cabbarov, Rəvan Həmzəzadə, Orxan Məmmədov kimi ədalət təmsilçilərinin kənarda qalmasının isə bir başqa səbəbi var. Məsələ burasındadır ki, çempionatın qızğın vaxtında hakimlərdən test götürülüb. Ağır testin nəticəsində bir neçə hakim zədələnib, bir qismi isə imtahandan keçə bilməyib. Nəticədə çempionatın əsas hissəsi gənclərin ümidinə qalıb. Bunu isə işə düzgün yanaşma kimi qələmə vermək olmaz. Testlərin götürülməsi üçün ən uyğun vaxtlar təlim-məşq toplanışlarıdır, çempionatın ən qızğın məqamı yox. Unutmayaq ki, hakimlər bir başa çempionatın oyunlarını yüksək səviyyədə idarə etməyə cavabdehdirlər.Futbol11.az

OXŞAR XƏBƏRLƏR