Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrdə nominal orta aylıq əmək haqqı nə qədərdir?

Müstəqil Dövlətlər Birliyinə  daxil olan ölkələrdə nominal orta aylıq əmək haqqı nə qədərdir?
 Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələr arasında nominal orta aylıq əmək haqqına görə Rusiya ilk sırada qərarlaşıb.
Sfera.az-ın MDB Dövlətlərarası Statistıka Komitəsinin açıqladığı sonuncu statistik göstəricilərə istinadən apardığı hesablamalar göstərir ki, Rusiyada orta aylıq əmək haqqı 667 dollara (43 min 30 rubl) bərabər olub. Rusiyadan sonra ikinci sırada Qazaxıstan qərarlaşıb. Bu ölkədə orta aylıq əmək haqqı 428 dollar (162 min 267 tengə) olub. Azərbaycan bu siyahıda 7-ci sırada yer alıb. Ölkəmizdə orta aylıq əmək haqqının məbləği 328 dollar (557,2 manat) olub. MDB-nin digər ölkələrinə gəldikdə isə orta aylıq əmək haqqı Ermənistanda 364 dollara (176 min 874 dram), Belarusda 465 (977,6 rubl), Qırğızıstanda 219 (15 min 327 som), Moldova 374 (6 min 253 ley), Ukraynada 330 (9 min 429 qrivna), Tacikistanda isə 134 dollara (1261,7 somoni) bərabər olub.
 
Ölkələr                Əmək haqqı
 
 
Rusiya        667 $  (43 030 rubl)
Qazaxıstan    428 $  (162 267 tengə)
Belarus       465 $  (977,6 rubl)
Moldova       374 $  (6 253 ley)
Ermənistan       364 $  (176 874 dram)
Ukrayna       330 $  (9 429 qrivna)
AZƏRBAYCAN 328 $  (557,2 manat)
Qırğızıstan       219 $  (15 327 som)
Tacikistan       134 $ (1261,7 somoni)


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...