Nazir Azad Rəhimov Qubada vətəndaşları qəbul edəcək

Nazir Azad Rəhimov Qubada vətəndaşları qəbul edəcək

Gənclər və Idman naziri Azad Rəhimov iyulun 21-də Quba rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz, rayonlarının sakinləri iştirak edəcək.

Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, qəbul saat 11:00-da Quba şəhəri Heydər Əliyev Mərkəzində (Quba şəhəri, Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkı, RİH-nin yanı) başlanacaq.

Qəbul üçün vətəndaşların qeydiyyatı iyulun 20-dək, saat 09:00-dan 18:00-dək aparılacaq. Xatırladaq ki, qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

Quba  -  070(50)-235-77-88; 

Qusar  -  070-317-24-13; 055-435-76-16

Siyəzən - 050-569-43-76; 055-694-53-76;

Şabran - 055-612-26-62;

Xaçmaz - 055-395-44-58; 070-747-80-41


OXŞAR XƏBƏRLƏR