Moskvada kritik Qarabağ danışıqları: Bu dəfə 5 rayon yox...

Moskvada kritik Qarabağ danışıqları: Bu dəfə 5 rayon yox...
 
Moskvada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyan arasında Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə görüş başlayıb.

Sfera.az publika.az-a istinadən xəbər verir ki, görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edirlər.

Məlumatlara görə, müzakirələr martın 29-da Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Vyanada keçirilən görüşünün nəticələr üzərində qurulacaq. Vyana görüşündən sonra Rusiya prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan liderləri ilə telefon əlaqəsi yaradaraq, müzakirələr aparmışdı. Bunun arfdından Moskvada nazirlərin görüşünün təşkili daha çox Dağlıq Qarabağ münaqişəsi ətrafında geosiyasi maraqlardan irəli gəlir. Rusiya münaqişənin həllində təşəbbüsün ABŞ-ın əlinə keçməsini istəmir.

Əsas hissəsi qapalı olacaq görüşdə Dağlıq Qarabağ münaqişənin həlli yolları müzakirə olunacaq, lakin konkret detallar bəlli deyil.

Görüşün nəticələrini proqnozlaşdırmaq çətindir, lakin bəzi şərhçilər Moskva görüşündən sonra cəbhədə hərbi toqquşmaların arta biləcəyini vurğulayırlar.

Ermənipərəst mövqeyi ilə tanınan rusiyalı politoloq Stanislav Tarasov hesab edir ki, münaqişənin nizama salınmasında ictimai proses dalana dirənib, sadəcə olaraq, qeyri-kütləvi proses gedir.

"Liderlərin və yüksək vəzifəli şəxslərin bəyanatları prosesin kiçik hissəsidir, ola bilər ki, onlar prosesin dalana dirəndiyi təəssüratını yaradırlar. Açıq mübahisə edir, bir-birinin mövqeyini qəbul etmir, bir-birinin yanaşmalarını rədd edirlər, lakin həm də görüşə razılaşırlar. Bu, o deməkdir ki, bizim bilmədiyimiz çağırışlar var. Vyana görüşü 3 saat davam edib və ola bilməz ki, bu müddətdə adi məsələlər müzakirə olunsun”, - deyə o bildirib.

Lakin Moskva görüşünün münaqişənin həlli istiqamətində aparılan danışıqlar yönünün dəyişdirmək ehtimalları da səsləndirilir. Ehtimallara görə, Sergey Lavrov "Lavrov planı” adını alan təklifləri yenidən tərəflərə təqdim edəcək, lakin bu dəfə yenilənmiş formada. İstisna deyil ki, Rusiya Azərbaycanı razı salmaq üçün ilkin mərhələdə 5 yox, daha çox rayonun qaytarılması təklifi ilə çıxış etsin, o cümlədən, Ermənistanın Türkiyə və Azərbaycanla kommunikasiyaların qurulması işini öz üzərinə götürməyi təklif etsin.

OXŞAR XƏBƏRLƏR

Məşhur “Kinder” şokoladları haqqında həqiqət yalnız 35 ildən sonra məlum oldu

1990-cı ildə italyan qənnadı Mikael Ferrero tərəfindən yaradılmış “Kinder Bueno” 60-dan çox ölkədə partlayış “hit”ə çevrilmişdir. Ancaq ...

Qayınatasını öldürmək istədi, özü öldü

Abşeron rayonunda kürəkənini qəsdən öldürməkdə təqsirləndirilən Tayır Tayırovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.   Sfera.az ...

Ərdoğan Zelenski ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu bar...

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.&nbs...

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb.   Sfera.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzr...

Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqli...