Klopp:"Onu dayandırmaq üçün meydana 13 futbolçu buraxacam"
İdman
23:50 / 13.04.2019
5938
"Liverpul"un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının 34-cü turunda "Çelsi" ilə keçirəcəkləri oyun barədə maraqlı fikirlər səsləndirib.
Almaniyalı mütəxəssis London klubunun yarımmüdafiəçisi Eden Hazardı dayandırmaq üçün mümkün olan hər şeyi edəcəklərini bildirib. Hətta təcrübəli çalışıdırıcı zarafatla meydana 13 futbolçu buraxacaqlarını söyləyib:
"Meydana 13 oyunçu buraxacağıq. Onlardan ikisi Hazarda qarşı oynayacaq ki, ötürmələr belçikalıya çatmasın. Onun oyununu oxumaq lazımdır. Hazarda qarşı birə-bir oynamaq olmaz. Mütləq kimsə həmin futbolçunu sığortalamalıdır. Hazard bir dəfə dünyanın ən yaxşı oyunçusu ola bilər. Bu, hələ son deyil. Güc, sürət, özünəinamı qaydasındadır. O, yaxşı futbolçudur".
Qeyd edək ki, "Liverpul" - "Çelsi" oyunu sabah keçiriləcək. 33 turdan sonra "Liverpul" 82 xalla turnir cədvəlinə başçılıq edir. Bir oyun az keçirən "Mançester Siti" isə 80 xalla 2-cidir.