Nazir müavininin inanılmaz sərvəti ortaya çıxdı

Nazir müavininin inanılmaz sərvəti ortaya çıxdı
 

Nazir müavininin inanılmaz sərvəti ortaya çıxıb.

Sfera.az xəbər verir ki, bu barədə xəbər "Unikal” qəzetinin bugünki sayında dərc edilib.Azərbaycanın müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev böyük var-dövlətə sahibdir. Bu barədə Unikal qəzetinin redaksiyasına  daxil olan məlumatda deyilir. Məlumatda bildirilir ki, nazir müavini Bakıda – Milli Dənizkənarı Parkla üzbəüz inşa edilmiş yeni yaşayış binasının bütöv bir mərtəbəsini satın alıb. Ümumilikdə 1000 kv.metr sahəyə malik bu mərtəbədə mənzillə bərabər, sauna, eləcə də bilyard və tenis zalı da yerləşir. 

Y.Musayevin paytaxtdakı dəbdəbəli daşınmaz əmlakı bununla da kifayətlənmir. O, Bakı Univermağının yanında və paytaxtın "Tarqovı" adlanan mərkəzi hissəsindəki yeni binaların hər birində də bütöv bir mərtəbəyə sahibdir. Bundan başqa Badamdarda lüks villası olan nazir müavininin Nabran, Şamaxı və Buzovnada  mənzərəli yerlərində də təmtəraqlı mülklərə sahib olduğu bildirilir. 

Türkiyədə otelinin olduğu deyilən Y.Musayev qardaş ölkənin bank hesablarında da yüksək məbləğdə vəsaitə malikdir. Dubayda da obyektlərinin olduğu deyilən nazir müavininin həm bu şəhərdə, həm də Türkiyədəki  biznesini İlqar adlı qayını vasitəsilə idarə etdiyi də gələn məlumatlar arasındadır. 
Y.Musayevlə bağlı olan məlumatlar arasında onun ölkədən müxtəlif vaxtlarda nağd pul çıxardığına dair iddialar da yer alır. 

Nazir müavininin oğlunun dəbdəbəli həyatı da diqqət çəkicidir. "O xeyli sayda bahalı avtomobilləri ilə öyünür, qız dostlarına ev hədiyyə etməsi ilə tanınır, əyləncəyə meyllidir. İlin çox hissəsini Dubayda bu cür əyləncələrdə keçirir". 

Xatırladaq ki, 60 yaşlı Y.Musayev 2006-cı ildən müdafiə sənayesi nazirinin müavini postunu tutur. Onun məhz bu posta təyin edildikdən sonra sürətlə varlanmağa başlaması isə xüsusilə diqqətçəkicidir.


OXŞAR XƏBƏRLƏR

Lotereya milyonçusu bütün var-dövlətini israf etdi: Yenidən zibil yığana çevrildi

Britaniyalı Maykl Kerroll lotereya uduşlarının ağılsızca xərclənməsinin simvoluna çevrilib, lakin bunun həyatının ən yaxşı dövrü olduğunu bildirir.   S...

Pilotun havaya qalxmazdan əvvəl sözləri sərnişinləri ağlatdı

Gənc qadının kapitan kimi ilk uçuşunu əks etdirən video “TikTok”da bir milyondan çox baxış toplayıb. Qadın bu uçuşu iyirmi ildən çox eyni aviaşirkət...

Ailə restorandan 100 min dollar təzminat aldı

Bir Britaniyalı ailə onları hesabı ödəmədən qaçmaqda günahlandıran restorandan 100 min dollar təzminat alacaq. Məlum olub ki, müştərilər ödənişi tam ödəyiblər, ...

Paşinyan İTV-yə müsahibə verdi: "Sülh sazişini imzalamağa hazırıq"

Albaniyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın İctimai Televiziyasına müsahibə verib.    Sfera.az xəbər verir ...

Gürcüstanda azərbaycanlını qətlə yetirən şəxs saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlı Aydın Həmzəyevin qətlində şübhəli bilinən şəxsin saxlanıldığını açıqlayıb.   Sfera.az xəbər verir ki, r...

"Avroviziya"nın ikinci yarımfinal mərhələsi başladı -CANLI

"Avroviziya-2025" beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsinə start verilib.   Sfera.az xəbər verir ki, bu il müsabiqə İsv...