Qadın güləşçilərimiz Avropa çempionatında növbəti medalını qazandı
İdman
21:00 / 12.04.2019
8561
Azərbaycanın daha bir qadın güləşçisi Alyona Kolesnik Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
"Report"un məlumatına görə, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda dueldə Bolqarıstan təmsilçisi Nikolova Xristovaya şans verməyib.
Azərbaycanın digər qadın güləşçisi Tatyana Omelçenko (62 kq) "bürünc" üçün ukraynalı İlona Prokopevnyuku sınağa çəkəcək. Elis Manolova (65 kq) isə finalda Rumıniya idmançısı Krista İnçenin müqavimətini qırmağa çalışacaq.
Qeyd edək ki, qadın güləşçilərin mübarizəsində ilk yarış günündə Elmira Qəmbərova (59 kq) bürünc medal qazanıb.