Nazirin nişanlı oğlu adam öldürdü - Azərbaycanda!

Nazirin nişanlı oğlu adam öldürdü -  Azərbaycanda!

İyulun 15-də axşam saatlarında Naxçıvanın maliyyə naziri Xalid İsgəndərovun oğlu Sadiq İsgəndərov idarə etdiyi "Hyundai Sonata" markalı avtomobillə qəza törədib.

Mia.az Olke.az-a istinadən xəbər verir ki, nazir Xalid İskəndərovun oğlu Sadiq İskəndərovun sürdüyü avtomobili motosikleti vurub:

"Məlumatda qəza nəticəsində motosikl sürücüsünün ağır xəsarətlər aldığı, nazir oğlunun isə yüngül yaralandığı bildirilir. Yaralılar təcili olaraq Naxçıvan şəhər xəstəxanasına çatdırılıblar...".

Sfera.az olke.az-a istinadən bildirir ki, nazirin oğlunun vurduğu adam bu gün xəstəxanada dünyasını dəyişib. Hadisənin təfərrüatı ilə bağlı digər məlumatları da dəqiqləşdirmək üzrəyik. Bizi izləyin!

Onu da qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının maliyyə nazirinin üç oğlu var və qəzaya düşən Sadiq Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun sədri Rasim Hüseynovun qızı ilə bu yaxınlarda nişanlanıb.

Sfera.az


OXŞAR XƏBƏRLƏR