Xoruldayan «Porsche», 60 yaşlı sərxoş sürücü və biabırçılıq - REYDDƏN VİDEO

Xoruldayan «Porsche», 60 yaşlı sərxoş sürücü və biabırçılıq -  REYDDƏN VİDEO

Bakı Şəhər Dövlət Yol Polisi paytaxt yollarında reydlərə başlayıb. Keçirilən növbəti reyd yüksək sürət, görünüşü məhdudlaşdıran pərdə və plyonkalar, maşına edilən dəyişikliklər və qayda pozan sürücülərə qarşı idi. Tədbir payaxtın Neftçilər prospektində yüksək sürətlə hərəkət edən "Mercedes” markalı minik maşının yol polisləri tərəfindən izlənməsi ilə başlayıb. Polisin "saxla” əmirinə tabe olmayan sürücü hətta bir neçə dəfə qəza şəraiti də yaradıb. Onun bütün hərəkətləri isə müşahidə kameraları tərəfindən qeydə alınıb. 

Amma yol polislərinin hazırladığı süni tıxaca düşən "Mercedes”-in sürücüsü sonda açarları təhvil verməli oldu.

YPX-nin inspektoru Feyzulla Bağırov sürücünün Hövsan yolunda saxlanılıdığını bildirib. Saxlanılandan sonra məlum olub ki, "Mercedes” markalı avtomobilin sürücüsü sərxoşdur. 

Gəncə və Nobel prospektində keçirilən reyd zamanı saxlanılan 60 yaşlı ağsaqqalın da sükan arxasına içkili əyləşdiyi məlum olub. Əməlindən utanan sürücü özünü biabır etdiyini deyib.

Bir neçə sürücü isə maşını müddəti bitmiş tranzit nömrə ilə idarə etdiyi üçün cərimələnib. 

Yol Patrul Xidməti maşınının köməyi ilə Rəşid Behbudov küçəsində hərəkətiz hala gətirilən "Porsche” maraklı maşın isə, xüsusi səs gücləndirici ilə təmin edildiyi üçün reyd zamanı cərimələnənlər sırasına düşüb. 

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin şöbə müdiri Vaqif Əsədovun sözlərinə görə, reyd zamanı 3 tibbi müayinə mərkəzində 60-dan çox avtomobili sərxoş halda idarə edən sürücü aşkarlanıb. Onlar məsuliyyətə cəlb ediləəcklər. 

Ümumiyyətlə reyd zamanı hər 5 sürücüdən birinin sərxoş olduğu müəyyən olunub. 

İndi seçim sürücülərindir, ya qayda pozub cərimə olunacaqlar, ya da bütün lazımi tədbirlər görüləcək ki, yol polisinin hədəfinə tuş gəlməsinlər.  //avtosfer.az

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Kokain viskidən pis deyil": Kolumbiya prezidentindən şok bəyanat

Kolumbiya prezidenti Qustavo Petro kokainin leqallaşdırılması məsələsi ilə bağlı debat açıb.    Sfera.az bildirir ki, Qustavo Petro ölkəsində qa...

“Netflix” transseksual aktrisa dan imtina etd - TƏFƏRRÜATLAR

İslamofob və irqçi mesajlar yayan ispan transseksual aktrisa Karla Sofia Qaskonun silinmiş tvitləri ətrafında mübahisələr getdikcə genişlənir.    ...

Bred Pitt Ancelina Coli ilə barışmağa çalışır: Məqsədi nədir?

Hollivud aktyoru Bred Pitt Ancelina Colidən münasibətlərini yaxşılaşdırmasını istəyib. Sfera.az bildirir ki, illərlə ictimai, qalmaqallı boşanmadan sonra məş...

Hindistanda fil turisti öldürdü

Hindistanın Anamalai Pələng Qoruğunda (Tamil Nadu ştatı) vəhşi fil Almaniyadan gələn 77 yaşlı turistə hücum edərək onu öldürüb.   Sfera.az bildirir ki,...

Bütün qızılları mağazadan çıxarmaq üçün üç gün havalandırma şaxtasında yaşadı - FOTO

Türkiyənin Adana şəhərindəki ticarət mərkəzindən qızıl oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. O, 3 gün havalandırma şaxtasında polisdən gizlənib və sonda ...

Türkiyədə sərnişin avtobusu aşdı- Ölən və yaralananlar var

Türkiyənin Antalya şəhərində sərnişin avtobusu aşıb.   Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 32 nəfə...