Məşhur futbolçu komandadan qovulduğunu “tvitter”dən öyrəndi
İdman
13:36 / 12.04.2019
2931
"Lion” və "Çelsi”nin sabiq futbolçusu Floran Maluda "Sürix” klubundan qovulub.
Maluda İsveçrə klubunun məşqçilər korpusunda yer alırdı. Maraqlıdır ki, Maluda bu barədə məlumatı klubun "tvitter” səhifəsindən alıb.
"Sürix”in "tvitter” səhifəsində belə bir məlumat yayılıb: "Qarşılıqlı razılıq əsasında, Maluda ilə müqaviləyə xitam verilib”.
Maluda isə elə həmin xəbərə belə şərh yazıb: "Doğrudan? Mən bu barədə məlumatsız idim”.
Maludanın futbolçu karyerasında sonuncu klubu Lüksemburq "Düfferdanj”ı olub.