Messi zədələndi
İdman
10:51 / 12.04.2019
4111
İspaniyanın "Barselona” klubunun futbolçusu Lionel Messi məşqlərdən bir neçə gün kənarda qalacaq.
Argentinalı hücumçu UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Mançester Yunayted”i İngiltərədə 1:0 hesabı ilə məğlub etdikləri görüşdə zədələnib. Onun burun çəpərində çat təsbit edilib.
Rəqib futbolçu Kris Smollinqlə toqquşaraq xəsarət alan kapitanın burnunda qırıq aşkarlanmayıb. Lakin onun göz qapağının da zədələndiyi bildirilir. Messi aprelin 13-də "Ueska" ilə səfər matçında iştirak etməyəcək.
Qeyd edək ki, "Barselona” və "Mançester Yunayted” komandaları arasında cavab oyunu aprelin 16-da keçiriləcək.