Türkiyədən Bakıya gətirilən kolbasalarda at-eşşək əti tapıldı

Türkiyədən Bakıya gətirilən kolbasalarda at-eşşək əti tapıldı

Türkiyənin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi bu ölkənin məşhur firmalarına məxsus ət məhsullarında at, eşşək və donuz əti aşkarlayıb.

Nazirliyin yaydığı açıqlamada deyilir ki, məhsullarında icazə verilməyən qatqılar aşkarlanmış şirkətlərin siyahısında bir çox ölkələrə, o cümlədən də Azərbaycana məhsul ixrac edən tanınmış firmaların adı var.

Sfera.az virtualaz.org saytına  istinadən xəbər verir ki, müayinələrin nəticələrinə görə, kolbasa və sosislərdə at və eşşək ətinə, ətçəkəndən keçirilmiş və dilimlənmiş ət qablaşdırmalarında isə donuz ətinə və piyinə rast gəlinib. Yağlı pendir və kərə yağlarında isə heyvan piyləri aşkarlanıb.

Məsələn, “Nazifoğlu” firmasının istehsal etdiyi, 100 faiz dana əti olduğu iddia edilən kolbasalara at və eşşək əti qarışdırılıb.

“Çiftarslanlı” markası adı istehsal olunan  “Çiftarslanlı” ət və ət məhsullarına da at və eşşək əti vurulduğu aşkarlanıb.

“Elmalı çifliyi” markalı kərə yağlarının jelatin və heyvan yağları qarışdırıldığı bəlli olub.

“Akdeniz” və “Onurköy” əmtəə nişanlı qatıq və yoqurtlara bitki mənşəli yağlar və jelatin qatılıb.

“İlgaz yaylası” markalı tulum pendirinin tərkibinə nişasta vurulub.

“Bacanaklar Güldem Süt” firmasının pendirinin tərkibinə günəbaxan yağı vurulub.

“Balderesi” markası ilə istehsal edilən süzmə çiçək balının tərkibində şəkər və qatqılar aşkarlanıb.

“Milenyum pide” markalı məhsullara donuz əti qatılıb.

Xatırladaq ki, bu firmaların məhsulları Bakının marketlərində də satılır.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Qəzza ilə bağlı danışıqlar davam etdiriləcək

İsrailin Baş naziri Benyamin Netanyahu danışıqlarda iştirak edən komandasına Qətərdə Qəzza zolağında vəziyyətin nizamlanması və girovların azad edilməsi ilə bağ...

ABŞ-də avtomobili partlatmaqda şübhəli bilinən şəxs ordunun çavuşu olub

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Las-Veqasdakı hotelinin qarşısında “Tesla Cybertruck” avtomobilinin partlayışında şübhəli bilinən şə...

Prezidentin Qusarda vətəndaşlarla səmimi görüntüləri - VİDEO

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin bu gün Şahdağ Turizm Kompleksinin ərazisində inşa edilən “Lakeside” hoteli...

Konqoda avtomobil yolunun tikintisində iştirak edən iki çinli öldürüldü

Çinin iki vətəndaşı Konqo Demokratik Respublikasının (KDR) cənubunda bir qrup yerli mütəxəssisi mühafizə edən polis zabiti tərəfindən öldürülüb.   Sf...

İlon Mask FTB-də islahatların zəruri olduğunu açıqladı

Amerikalı iş adamı İlon Mask FTB-də ciddi islahatların aparılmasının zəruri olduğunu bildirib.   Sfera.az xəbər verir ki, iş adamı bu barədə “X...

Avropada qazın qiyməti ən yüksək həddə çatdı

Bu gün Avropa ölkələrində qazın qiyməti 2023-cü ilin oktyabrından bu yana ən yüksək həddə çatıb.    Sfera.az xəbər verir ki, bu barədə “Bl...