Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün vaxtı açıqlandı

Siyasət
12:22 / 11.04.2019
3852
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Zöhrab Mnatsakanyan arasında görüş aprelin 15-də Moskvada keçiriləcək.
Ermənistan KİV-lərinin məlumatına görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyanbildirib.
Onun sözlərinə görə, görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovda iştirak edəcək.