\"Barselona\" “Mançester Yunayted”ə şans vermədi

\
Bu gün Çempionlar Liqasında 1/4 finalın daha iki görüşü keçirilib. Oyunların biri Amsterdamda, digəri isə Mançesterdə baş tutub.

"Ayaks” doğma azarkeşlər önündə "Yuventus”u qəbul edib. Sürpriz şəkildə "Real”ı yolundan kənarlaşdıran hollandiyalılar Turin təmsilçisi ilə ev matçında qollu bərabərliyə imza atıb. Səfərdə vurulan top cavab görüşündə "qoca sinyora"nın köməyinə çata bilər.

Günün digər oyunununda isə ÇL-nin əbədi favoriti "Barselona” "Mançester Yunayted”lə üz-üzə gəlib. 13-cü dəqiqədə Luk Şounun avtoqolu qarşılaşmada yeganə olub və "Barselona" çətin səfərdən qələbə ilə qayıdıb.

 

Çempionlar Liqası
1/4 final
10 aprel

"Ayaks” – "Yuventus” - 1:1
Neres, 46 - Kriştianu Ronaldo, 45
Amsterdam, "Yohan Kroyff Arena”. Baş hakim: Karlos del Serro Qrande (İspaniya)
"Ayaks" (Hollandiya): 24. Andre Onana, 3. Joel Veltman, 4. Mattiys de Liqt (k), 6. Donni van de Beek, 7. David Neres, 10. Duşan Tadiç, 17. Deyli Blind, 20. Lasse Şön, 21. Frenki de Yonq, 22. Hakim Ziyeç, 31. Nikolas Talyafiko
Ehtiyat oyunçular: 28. Bruno Varela, 2. Rasmus Kristensen, 8. Deyli Sinkqraven, 9. Klas Yan Huntelaar, 16. Lisandro Maqalyan, 25. Kasper Dolberq, 40. Yurgen Ekkelenkamp
Baş məşqçi: Erik Ten Haq
"Yuventus" (İtaliya): 1. Vorçex Şesnı, 5. Miralem Pyaniç, 7. Kriştianu Ronaldo, 12. Aleks Sandro, 14. Bleyzi Matuidi, 17. Mario Mandzukiç (k), 19. Leonardo Bonuççi, 20. Joao Kanselo, 24. Daniele Ruqani, 30. Rodriqo Bentankur, 33. Federiko Bernardeski
Ehtiyat oyunçular: 22. Mattia Perin, 2. Mattia De Şilyo, 6. Sami Xedira, 10. Paulo Dibala, 11. Duqlas Kosta, 18. Moyze Kin, 37. Leonardo Spinatsola
Baş məşqçi: Massimiliano Alleqri

"Mançester Yunayted” – "Barselona” - 0:1
Luk Şou, 13 (avtoqol)
Mançester, "Old Trafford”. Baş hakim: Canluka Rokki (İtaliya)
"Mançester Yunayted" (İngiltərə): 1. David De Xea, 2. Viktor Lindelöf, 6. Pol Poqba, 9. Romelu Lukaku, 10. Markus Reşford, 12. Kris Smollinq, 17. Fred, 18. Eşli Yanq (k), 20. Dioqo Dalot, 23. Luk Şou, 39. Skott Maktominay
Ehtiyat oyunçular: 22. Serxio Romero, 4. Fil Cons, 8. Xuan Mata, 11. Antoni Marsial, 14. Yesse Linqard, 15. Andreas Pereyra, 16. Markos Roxo
Baş məşqçi: Ole-Qunnar Sulşer
"Barselona" (İspaniya): 1. Mark Antonio ter-Ştegen, 2. Nelson Semedo, 3. Jerar Pike, 4. İvan Rakitiç, 5. Serxio Buskets, 7. Filipp Koutinyo, 8. Artur, 9. Luis Suares, 10, Lionel Messi (k), 15. Klemen Lanqle, 18. Xordi Alba
Ehtiyat oyunçular: 13. Yasper Silessen, 11. Usman Dembele, 14. Malkom, 20. Serxi Roberto, 22. Arturo Vidal, 23, Samuel Umtiti, 26. Karles Alena
Baş məşqçi: Ernesto Valverde

OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...