Məşhur futbolçu həbs edildi
11:53 / 10.04.2019
4822
Londonun "Çelsi" klubunun futbolçusu Dani Drinkvater həbs edilib.
Sfera.az xəbər verir ki, futbolçu ötən gün "Range Rover"lə qəza törətib və onun içkili olduğu müəyyənləşib.
Futbolçunun həbs edilməsi ilə bağlı məlumatı klubdan təsdiq ediblər.
Qeyd edək ki, hadisə zamanı 2 qadın və 1 kişi yüngül xəsarət alıb.
29 yaşlı yarımmüdafiəçi pul qarşılığında şərti azadlığa buraxılıb. Məhkəmə prosesi 13 maya təyin edilib.