Azərbaycan Beynəlxalq Bankının tərəfdaşlığı ilə “Fərqli fərdlər” Konqresi keçirilib

Azərbaycan Beynəlxalq Bankının tərəfdaşlığı ilə “Fərqli fərdlər” Konqresi keçirilib
 

 

Heydər Əliyev Mərkəzində "Fərqli fərdlər” adı altında xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün 1-ci Konqres keçirilib. Konqres Heydər Əliyev Fondunun, Heydər Əliyev Mərkəzinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin dəstəyi, BP şirkəti və Azərbaycan Beynəlxalq Bankının baş tərəfdaşlığı ilə təşkil edilib.

Belə bir konqresin keçirilməsində məqsəd cəmiyyətin diqqətini fərqli inkişaf xüsusiyyətlərinə malik uşaqların inkişafı və tərbiyəsinə cəlb etmək, valideynlər, mütəxəssislər və pedaqoqlar arasında dialoq qurmaqdan ibarətdir.

 

Tədbir dörd panel üzrə keçirilib. Panellərdə autist spektrin pozulması, diqqət və hiperaktivlik çatışmazlığı sindromu, "Turetta” sindromu və Daun sindromu mövzuları müzakirə edilib.

Konqresdə tanınmış xarici və yerli mütəxəssislər, dövlət qurumlarının nümayəndələri, valideynlər çıxış edib. Fiziki məhdudiyyətlərinə rəğmən təhsil və iş həyatında müəyyən uğurlar qazanmış insanlar öz həyat hekayələrindən danışıblar.

Xüsusi inkişaf problemləri olan uşaqlar üçün öz "normotipik” həmyaşıdları ilə birlikdə təhsil almaq həyati əhəmiyyətə malikdir. Ölkəmizdə inklüziv təhsilin inkişafı üçün yeni imkanlar yaradılıb. "Fərqli fərdlər” Konqresi kimi tədbirlər isə xüsusi qayğıya ehtiyacı olan uşaqların problemlərinə diqqət, valideynlər və sahənin peşəkarları arasında təcrübə mübadiləsinin aparılması baxımından faydalıdır. Azərbaycan Beynəlxalq Bankı da daxil olmaqla bu cür tədbirləri dəstəkləyən xeyriyyə və kommersiya təşkilatlarının sayının ildən-ilə artması da belə təşəbbüslərə olan ictimai ehtiyacın, ən mühümü onların səmərəliliyinin göstəricisidir.

 

Bankın Marketinq departamentinin direktoru Nigar Tahirova deyib: "Müasir dövlət bankı olaraq Azərbaycan Beynəlxalq Bankı inklüziv cəmiyyətin inkişafına daim dəstək verir. İndiyə qədər bu istiqamətdə bir sıra maraqlı korporativ sosial məsuliyyət layihələrimiz olub. Belə layihələrimiz indi də davam edir. "Fərqli fərdlər” xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün 1-ci Konqresdə iştirak da bu sosial missiyanın davamı oldu”.


Ölkəmizin müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.



OXŞAR XƏBƏRLƏR

"Kişi məndən az pul qazanırsa, ona hörmət edə bilmərəm"

"Mən əgər bir kişidən çox pul qazanacağamsa, o kişiyə hörmət edə bilmərəm".   Sfera.azTürkiyə mediasına istinadən xəbər verir ki, bu sözlər...

Özbəkistan türk dünyasının dəyərli üzvü və Azərbaycanın müttəfiqidir

Yeni dünya düzəninə keçid dövrü olduqca mürəkkəb və təlatümlü proseslərlə müşayiət olunur. Hətta onilliklər boyu formalaşan ənənəvi əməkdaşlıq formatları belə, ...

Kanadada hava limanında bomba həyəcanı - Uçuşlar ləğv olundu

Kanadada ani xəbərdarlığa görə hava hərəkəti dayanıb.   Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, Kanadada ölkənin iki böyük hava liman...

İtaliyada anomal istilər- Asfalt əridi...

Avropanı təsiri altına alan güclü isti hava dalğası İtaliyada ağır nəticələrə səbəb olub.    Sfera.az xarici mediaya istinadən xəbər verir ki, r...

Ronaldo Jota ilə bu sözlərlə vidalaşdı

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo komanda yoldaşı, "Liverpul"un hücumçusu Dioqo Jotanın ölümü ilə bağlı başsağlığı verib.   ...

Ötən ay Şəmkirdə su anbarında batan 20 yaşlı qızın meyiti tapıldı

Ötən ay Şəmkirçay su anbarında batan 20 yaşlı qızın meyiti tapılıb.   Sfera.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasedicilə...