Məşhur məşqiçi xərçəng xəstəliyinə tutulub

Məşhur  məşqiçi xərçəng xəstəliyinə tutulub
İspaniyanın "Sevilya" klubunun baş məşqçisi Xoakin Kaparrosun qanında xərçəng aşkarlanıb.

Bu barədə 63 yaşlı mütəxəssisin özü "Valyadolid"ə 2:0 hesabı ilə qalib gəldikləri La Liqanın XXXI tur matçından sonra açıqlama verib. Kaparros müalicəyə ehtiyacının olduğunu və komandada mövsümün sonunadək çalışacağını bildirib.

Təcrübəli mütəxəssis ona "Sevilya"ya Çempionlar Liqasına vəsiqə qazandırma missiyasını davam etdirmək imkanı yaratdığı üçün klub rəhbərliyinə təşəkkür edib.

Qeyd edək ki, 31 turdan sonra aktivində 49 xal olan "Sevilya" 5-ci pillədə qərarlaşıb və 4-cü pillədəki "Xetafe"dən cəmi 1 xal geri qalır.


OXŞAR XƏBƏRLƏR