"Qəbələ" "Trabzonspor"u məğlub etdi
İdman
08:00 / 08.04.2019
3803
Dünən ənənəvi "U12 Izmir Cup" beynəlxalq turnirinə yekun vurulub. Dünənki qrup oyunlarında final mərhələsinə vəsiqə qazanmağı son anda əldən verən "Qəbələ" 2 təsəlliverici görüş keçirib.
"Başakşəhər"lə qolsuz bərabərə qalan "Qəbələ" digər yerli komanda "Trabzonspor"la 1:1 edib. Təmsilçimiz penaltilər seriyasında üstün olub (5:4).
Qeyd edək ki, turnirin çempionu finalda PSV-ni (Hollandiya) məğlub edən "Mançester Siti" (İngiltərə) olub.