“Bavariya” lideri darmadağın etdi
22:32 / 06.04.2019
4233
Almaniya Bundesliqasının 28-ci turunun görüşləri baş tutub.
Sfera.az xəbər verir ki, turun mərkəzi görüşü Münhenin "Bavariya” klubu ilə Dortmund "Borrusiya” arasında olub. Münhen təmsilçisi bundesliqanın liderini meydana çıxmağa peşiman edib. Münhen təmsilçisi rəqibini 5:0 hesabı ilə məğlub edib.
Oyunda qolları 17-ci dəqiqədə Mats Hummels,40, 89-cu dəqiqələrdə Robert Lewandowski,41-ci dəqiqədə Javi Martinez, 43-cü dəqiqədə isə Serge Gnabry vurub. Münhen təmsilçisi xallarının sayını 64-ə çatdıraraq liderliyi ələ keçirib.