Dünyanın ən güclü 5 döyüş gəmisi - Fotolar

Dünyanın ən güclü 5 döyüş gəmisi - Fotolar
 Hazırda dünyada ən güclü hərbi-dəniz donanmasına malik olan ölkə ABŞ-dır. Bu ölkəyə məxsus "Nimitz” sinfi aviadaşıyıcısı istənilən ölkə sahilinə çatmaq üçün kifayət edəcək ehtiyata malikdir. Lakin dünyada bundan əlavə də güclü döyüş gəmiləri mövcuddur və onları sizə təqdim edirik:

Pyotr Velikiy

Uzunluq: 250,1 m

Ölkə: Rusiya

Suya buraxılma ili: 1998

Növü: atom raket kreyseri

Gəmi dünyanın aviadaşıyıcılar sinfinə  daxil olmayan ən böyük hərbi gəmilərindən biridir. "Pyotr Velikiy” rəqibin aviadaşıyıcı qruplarının məhvi üçün nəzərdə tutulub. 

Ayova

Uzunluq: 270 m

Ölkə: ABŞ

Suya buraxılma ili: 1943

Növü: linkor

 «Lowa» növlü xətt gəmisi (mükəmməl silahlanmış iri hərbi gəmi) oxşar gəmilərin təkamülünün zirvəsi sayılır. Gəmi üçün üç xarakterik söz mövcuddur: sürət, müdafiə və silahlanma.  

Nimitz

Uzunluq: 333 m

Ölkə: ABŞ

Suya buraxılma ili: 1975

Növü: aviadaşıyıcı

Sinfin adı 1975-ci ildə suya buraxılan ilk aviadaşıyıcının adından götürülüb. Hazırda bu növ gəmilər dünyanın ən böyük gəmiləridir. 

Tikonderoqa 

Uzunluq: 173 m

Ölkə: ABŞ

Suya buraxılma ili: 1980

Növü: Raket kreyseri

İstənilən dəniz döyüşündə ən təhlükəli rəqibdir. "Tikonderoqa” sinfi raket kreyserləri hər birində 61 raket yuvası olan 2 şaquli buraxılış qurğusu ilə silahlanıb. Belə gəmilər hətta 8 ballıq dalğalanma zamanı döyüşmək qabiliyyətinə malikdir, onlar rahat manevr edə bilir, sürətlidirlər və rəqibin böyük aviadaşıyıcı qrupları üçün həqiqi baş ağrısına çevrilə bilirlər. 

Type 45 Daring

Uzunluq: 152 m

Ölkə: Böyük Britaniya

Suya buraxılma ili: 2006

Növü: mina gəmisi

5000 dəniz mili məsafəni qət etmək qabiliyyəti "Type 45 Daring”i dünyanın istənilən ölkəsi üçün təhlükə edir. Belə ki, mina gəmisi asanlıqla Hava Hücumundan Müdafiə sistemlərinin yerləşdirilməsi üçün mobil platformaya çevrilir.  






OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...