Həftəsonları “Kənddən Şəhərə” yarmarkası keçiriləcək

Həftəsonları “Kənddən Şəhərə” yarmarkası keçiriləcək
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Aqrar Ticarət Şirkətinin "Kənddən Şəhərə” layihəsi çərçivəsində paytaxtda həftəsonu satış yarmarkalarının təşkili davam etdirilir.

Dövlət Aqrar Ticarət Şirkətindən Qaynarinfo-ya verilən məlumata görə, aprelin 6-7, 13-14, 20-21, 27-28 tarixlərində Nizami küçəsi 154 ünvanında (Landmark Biznes Mərkəzinin yaxınlığında) keçiriləcək satış yarmarkasında alıcılar ekoloji təmiz, təbii və keyfiyyətli kənd təsərrüfatı məhsullarını əldə edə biləcəklər.

Yarmarkanın keçirilməsində məqsəd paytaxt əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eyni zamanda süni qiymət artımının qarşısının alınmasıdır.

Yarmarkada iştirakçılar xüsusi piştaxtalar, tərəzilər və geyimlərlə təmin ediləcək, məhsulların qida təhlükəsizliyi standartlarına uyğunluğu yoxlanılacaq. Fermerlərin yarmarkada iştirakı tam ödənişsiz qaydada həyata keçiriləcək.

Yarmarka ərazisində Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyası fəaliyyət göstərəcək. Məhsullar laboratoriya yoxlamasından keçirildikdən sonra satışa buraxılacaq. Məhsulların qiymətləri isə tələb-təklif əsasında müəyyən ediləcək və fermerlərin özü tərəfindən təyin ediləcək.

Yarmarkada 110 fermerin iştirak etməsi nəzərdə tutulub.

Yarmarkada iştirak etmək istəyən fermerlər Dövlət Aqrar Ticarət Şirkətinin rəsmi saytı vasitəsilə (//agrotrade.gov.az/az/fair) və ya 050-400-88-99 nömrəsinə zəng etməklə qeydiyyatdan keçə bilərlər. Bundan başqa, fermerlər öz rayonunda yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinə də müraciət edə bilərlər.

Bütün növ yerli kənd təsərrüfatı məhsullarının satışının təşkil ediləcəyi yarmarkada alıcılar meyvə-tərəvəz, müxtəlif çərəzlər, qablaşdırılmış məhsullar, ət və süd məhsulları, bal və digər məhsulları ala biləcəklər. Yarmarkanın şəhər əhalisi üçün əsas üstünlüyü ondan ibarətdir ki, istehlakçılar gigiyenik və qida təhlükəsizliyi standartlarına uyğun, keyfiyyətli və təbii kənd təsərrüfatı məhsullarını sərfəli qiymətlə birbaşa fermerdən əldə edə biləcəklər.

Qeyd edək ki, "Kənddən Şəhərə” Dövlət Aqrar Ticarət Şirkətinin kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdiyi, eləcə də yerli istehsal ərzaq məhsullarının satışına dəstək məqsədilə həyata keçirdiyi bir layihədir

OXŞAR XƏBƏRLƏR

Moskvada azərbaycanlı qanuni oğru saxlanıldı - VİDEO

Moskvada “qanuni oğru” Vaqif Süleymanov (Vaqif) saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri xəbər verir.   ...

Rusiyanın ombudsmanı Səbinə Əliyevaya müraciət etdi

Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova bir sıra Rusiya vətəndaşlarının Azərbaycanda saxlanılması ilə bağlı azərbaycanlı həmkarı Səbinə Əliy...

Əsir və girovlarımızın başına nələr gətirilib?- MƏHKƏMƏ

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Prezidentlər Ayköl Manas adına məktəbin açılışını etdilər

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstanın dövlət başçısı Sadır Japarov Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışını ediblər.  ...

Ölkəni silkələyən qəza: 19 nəfərə hökm oxundu

Bu il yanvarın 18-də İmişli rayonunda baş verən yol qəzasından sonra xuliqanlıq hərəkətlərinə görə saxlanılan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiril...

Bu universitetin prorektoru vəfat etdi

Odlar Yurdu Universitetinin elmi işlər üzrə prorektoru, professor Tərlan Abdullayev vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə universitetdən m...