VTB (Azərbaycan)-ın Müşahidə Şurası bankın idarə heyətinin yeni tərkibini təsdiqləyib

VTB (Azərbaycan)-ın Müşahidə Şurası bankın idarə heyətinin yeni tərkibini təsdiqləyib
 

VTB (Azərbaycan)-ın Müşahidə Şurası korporativ biznesin inkişafı departamentinin rəhbəri Yasin Cəlilovu və pərakəndə biznesin inkişafı departamentinin rəhbəri Dmitri Qalaşevı bankın idarə heyətinin üzvü vəzifələrinə təyin edib.

Yasin Cəlilov "beynəlxalq iqtisadi əlaqələr” ixtisası üzrə "Xəzər” universitetini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib. Azərbaycan Dövlət Neft Akademiyasının maqistr dərəcəsinə sahibdir. Həmçinin, 2015-2018-ci illərdə Böyük Britaniyanın "Warwick Business School” ali məktəbində MBA dərəcəsi üzrə təhsilini davam etdirib. 1996-cı ildən etibarən bank sahəsində çalışır, Azərbaycan Beynəlxalq Bankında rəhbər vəzifələrdə işləyib. 2018-ci ildən bank VTB (Azərbaycan)-ın korporativ biznesin inkişafı departamentinə rəhbərlik edir.

İdarə heyətinin üzvü kimi Yasin Cəlilov korporativ biznes istiqamətləri, o cümlədən KOS sahəsində müştərilərlə iş, məhsulların hazırlanması, eləcə də təhlil və hesabat kimi istiqamətlərə nəzarət edəcək.

Dmitri Qalaşev "mühəndis-iqtisadçı” ixtisası üzrə Kostroma texnoloji universitetini bitirib. VTB Qruda 2004-cü ildən, VTB (Azərbaycan)-da isə 2017-ci ildən etibarən çalışır.

O, bankın pərakəndə biznesinə, o cümlədən bank məhsullarının satışı, şəbəkə və müştəri xidmətlərinin inkişafı, eləcə də bankın pərakəndə müştərilərinə məsafəli xidmətin inkişafına rəhbərlik edəcək.


OXŞAR XƏBƏRLƏR

Moskvada azərbaycanlı qanuni oğru saxlanıldı - VİDEO

Moskvada “qanuni oğru” Vaqif Süleymanov (Vaqif) saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri xəbər verir.   ...

Rusiyanın ombudsmanı Səbinə Əliyevaya müraciət etdi

Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova bir sıra Rusiya vətəndaşlarının Azərbaycanda saxlanılması ilə bağlı azərbaycanlı həmkarı Səbinə Əliy...

Əsir və girovlarımızın başına nələr gətirilib?- MƏHKƏMƏ

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Prezidentlər Ayköl Manas adına məktəbin açılışını etdilər

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstanın dövlət başçısı Sadır Japarov Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışını ediblər.  ...

Ölkəni silkələyən qəza: 19 nəfərə hökm oxundu

Bu il yanvarın 18-də İmişli rayonunda baş verən yol qəzasından sonra xuliqanlıq hərəkətlərinə görə saxlanılan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiril...

Bu universitetin prorektoru vəfat etdi

Odlar Yurdu Universitetinin elmi işlər üzrə prorektoru, professor Tərlan Abdullayev vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə universitetdən m...