Bakıda 28 yaşlı ana və iki övladı dəm qazından zəhərləndi

Gündəm
10:35 / 05.04.2019
4708
Bakı şəhəri, Binəqədi şosesi, döngə 7-də yaşayan ana və iki övladı dəm qazından zəhərlənib. Hadisə gecə saatlarında baş verib.
Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov faktı virtualaz.org-a təsdiqləyib.
Onun sözlərinə görə, 28 yaşlı qadın, 4 və 6 yaşlı iki övladı ilə birgə Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib. Göstərilən yardımdan sonra vəziyyətləri stabilləşib.