“Gecə Vaqif Axundov zəng etdi ki, Elçibəy Kələkiyə gedib” – Quliyev sirləri açır

“Gecə Vaqif Axundov zəng etdi ki, Elçibəy Kələkiyə gedib” – Quliyev sirləri açır
 

"Əbülfəz Elçibəy Kələkiyə getməmişdən öncə bəlkə də Etibar Məmmədov və Heydər Əliyevlə görüşüb. Belə bir görüş olubsa, mən o görüşdə iştirak etməmişəm. Amma düşünürəm ki, ümumiyyətlə belə bir görüş olmayıb, bu uydurulmuş növbəti fantaziyadır”.

"Yeni Sabah” xəbər verir ki, bunu eks-spiker Rəsul Quliyev sosial şəbəkədə izləyicinin sualına cavab verərkən deyib. Sual bundan ibarət olub: "Elçibəy Kələkiyə getməzdən əvvəl onun kabinetinə Siz, Əliyev və Etibar Məmmədov gedibsiniz . Orada həqiqətənmi Elçibəyin dediyi kimi daxili işlər naziri seçmə söhbəti olub? Və də dediyinə görə daxili işlər naziri olaraq siz Rövşən Cavadovu təklif etmisiniz . Buradan da sual yaranır ki, sizin nazir qoymaq istədiyiniz adam niyə 2 il sonra sizə qarşı durdu?”.

R. Quliyev bildirib ki, o Ə.Elçibəyin belə bir açıqlama  verməsinə də heç vaxt, heç yerdə rast gəlməyib: "Düşünürəm ki, belə bir bəyanat olmayıb. 

Həmin gün mən Elçibəylə görüşmək istəyirdim. Və buna azı 5 dəfə cəhd etdim. Mən Əbülfəz bəyə yalan informasiyaların, yəni Sürət Hüseynov Bakıya gələn kimi birinci onu öldürəcəyi barədə məlumatların verildiyindən xəbərdar idim və onun Bakını tərk edə biləcəyindən ehtiyat edirdim. Onunla görüşüb bu informasiyaların onun getməsi üçün təşkil edildiyini başa salmaq və getməkdən çəkindirmək istəyirdim. 

Ancaq təəssüf ki, mən kabinetimdə görüş gözlədiyim gecənin yarısı Vaqif Axundov zəng etdi və Elçibəyin Bakını tərk etdiyini dedi və bu xəbəri H.Əliyevə çatdırmağımı xahiş etdi. 

Həqiqət bundan ibarətdir, yerdə qalanlar bizim xalqın sevdiyi rəvayətlərdir.

Sözsüz Əbülfəz bəyə Rövşən Cavadovun daxili işlər naziri qoyulmasını heç vaxt xahiş etməmişəm. Onun nazir yox, birinci müavin təyin edilməsi mənim xahişimlə Heydər Əliyev tərəfindən edilib. İki il sonra mənim əleyhimə çıxmasının əsas səbəbkarları Tükiyənin baş naziri və onun qardaşıdır. Onların fikirincə hakimiyyəti ələ keçirmək su içmək kimi bir şey idi və sadəlövh Rövşən Cavadovu buna inandıra bilmişdilər”.


OXŞAR XƏBƏRLƏR

Çox məntiqli bir səbəbi var: Bir çox tualetdə niyə iki ayrı yuyucu düymə var?

Tualetlərdə qarşılaşdığımız ikiqat su sistemi düşündüyümüzdən çox daha əhəmiyyətli bir səbəbə əsaslanır. Fərqində olmadan hər gün istifadə etdiyimiz bu dizaynın...

Bill Qeyts ən böyük səhvini açıqlayıb

Microsoft-un həmtəsisçisi Bill Qeyts şirkətin mobil əməliyyat sistemləri bazarındakı uğursuzluğunu özünün "ən böyük səhvi" adlandırıb və bu, korporasi...

Həyat tərzi ilə görənləri heyrətə gətirən "lal" tayfa: Pirahalar

Amazon meşələrində yaşayan Piraha tayfası dili, mədəniyyəti və qohumluq əlaqələri ilə dünyada nadir bir icmadır. Mücərrəd məfhumları ehtiva etməyən dilləri, sır...

Türkiyədə 15 gündə 34 nəfər saxta spirtli içkidən öldü- Həbs olunanlar var

Türkiyənin İstanbul şəhərində yanvarın 1-dən bu yana saxta spirtli içkilərdən istifadə nəticəsində 34 nəfər həyatını itirib.   Sfera.az xəbər verir k...

Meta 2025-ci ildə təxminən 3600 işçini ixtisar edəcək

Meta qarşıdan gələn il işçilərin 5% ixtisarını təsdiqləyib ki, bu da təxminən 3600 işçi təşkil edəcək. Sfera.az xəbər verir ki, bu barədə "CBS News"...

Bayden Qəzzadakı atəşkəslə bağlı bəyanat yaydı

ABŞ Prezidenti Co Bayden İsrail hakimiyyəti ilə HƏMAS arasında atəşkəs və girovların azad olunmasına dair razılaşma ilə bağlı bəyanat yayıb.   Bəyana...