Qaradağda özünü ‘Süleyman sultan’ kimi aparan icra başçısının rüşvət imperiyası - TƏFƏRRÜAT

Qaradağda özünü ‘Süleyman sultan’ kimi aparan icra başçısının rüşvət imperiyası -  TƏFƏRRÜAT

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun çıxışı zamanı bəzi nazirliklərə hüquq mühafizə orqanları, icra hakimiyyətlərinə sərt xəbərdarlıq etmişdi. Sahibkarlığın inkişafı barədə danışan prezident bir sıra hallarda sahibkarlara qarşı qanunsuz tələblərin irəli sürüldüyünü bildirmişdi:

“Dövlət qurumlarına da göstəriş verirəm ki, əsassız tələb irəli sürməməlidirlər. Belə hallar var. Vergilər Nazirliyi, hüquq mühafizə orqanları, icra hakimiyyətləri haqq qoyurlar, pay istəyirlər, “krışalıq” edirlər. Buna son qoyulmalıdır, yığışdırılmalıdır”.

Sözügedən çıxışdan sonra bir çox icra hakimiyyətləri vəziyəti düzəltməə çalışsalar da, Qaradağ rayon İcra Hakimiyyətini başçısı Süleyman Mikayılovun prezidentin heç bir tapşırığına əməl etmədiyi kimi, bu çıxışdan da nəticə çıxartmaq fikri yoxdur.

Belə ki, AZXEBER.COM-a müraciət edən bir qrup sahibkar Süleyman Mikayılovun əlaltıları tərəfindən əməlli-başlı soyulduqlarını bildirirlər. Xüsusilə də Qaradağ rayonu ərazisində fəaliyyət göstərən daş karxanalarının rəhbərləri Süleyman Mikayılovun əlaltıları tərəfindən əməlli-başlı soyulmalarından, icra başçısının adamlarının onlardan külli miqdarda rüşvət istəmələrindən bezdiklərini bildirirlər.

Daxil olan müraciətdə Süleyman Mikayılovun tapşırığı ilə onun tabeçiliyində olan “qoçu” dəstələri hər karxananın ərazisinə və rentabelliyinə görə ayrıca haqq tələb edirlər. Bu "şapka"ların məbləği aylıq olaraq 2-5 min manat civarında dəyişir.

Məlumata görə, sahibkarlar tələb olunan rüşvətin məbləğinin çoxluğu üzündən vergini və Dövlət Sosial Müdafiə Fonduna ödəmələri, eləcə də kommunal haqları, işçilərin əməkhaqlarını vaxtlı-vaxtında ödəyə bilmirlər.

Bu baxımdan onlar artıq ölkə başçısının bu çıxışından sonra birbaşa İlham Əliyevə məktubla müraciət edəcəklərini və bu məktubu məhz bizim vasitəmizlə mətbuatda dərc etdirəcəklərini söyləyirlər.

Mövzuyla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Kokain viskidən pis deyil": Kolumbiya prezidentindən şok bəyanat

Kolumbiya prezidenti Qustavo Petro kokainin leqallaşdırılması məsələsi ilə bağlı debat açıb.    Sfera.az bildirir ki, Qustavo Petro ölkəsində qa...

“Netflix” transseksual aktrisa dan imtina etd - TƏFƏRRÜATLAR

İslamofob və irqçi mesajlar yayan ispan transseksual aktrisa Karla Sofia Qaskonun silinmiş tvitləri ətrafında mübahisələr getdikcə genişlənir.    ...

Bred Pitt Ancelina Coli ilə barışmağa çalışır: Məqsədi nədir?

Hollivud aktyoru Bred Pitt Ancelina Colidən münasibətlərini yaxşılaşdırmasını istəyib. Sfera.az bildirir ki, illərlə ictimai, qalmaqallı boşanmadan sonra məş...

Hindistanda fil turisti öldürdü

Hindistanın Anamalai Pələng Qoruğunda (Tamil Nadu ştatı) vəhşi fil Almaniyadan gələn 77 yaşlı turistə hücum edərək onu öldürüb.   Sfera.az bildirir ki,...

Bütün qızılları mağazadan çıxarmaq üçün üç gün havalandırma şaxtasında yaşadı - FOTO

Türkiyənin Adana şəhərindəki ticarət mərkəzindən qızıl oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. O, 3 gün havalandırma şaxtasında polisdən gizlənib və sonda ...

Türkiyədə sərnişin avtobusu aşdı- Ölən və yaralananlar var

Türkiyənin Antalya şəhərində sərnişin avtobusu aşıb.   Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 32 nəfə...