Evinizdəki düşməni siz də tanıyın! - BEYNİMİZİ ÖLDÜRÜR

Evinizdəki düşməni siz də tanıyın! - BEYNİMİZİ ÖLDÜRÜR
Bir çox insan gecələr tam qaranlıq otaqda yox, zəif işıqlandırılan otaqda yatmağa üstünlük verir. Lakin bunun sağlamlıq üçün zərərli olduğu heç də hamıya məlum deyil.  

Medicina.az xəbər verir ki, bunu amerikalı neyrobioloqlar araşdırıb ortaya çıxarıb. Gecələr işıqlı otaqda yatmaq sağlamlıq üçün çox zərərlidir. Qərbi Vircinya Universitetinin neyrobioloqları daha çox xəstəxanalar üçün xarakterik olan ağ işıqların iltihab, beyin hüceyrələrinin məhvi və ürək problemlərinə səbəb olduğunu açıqlayıb. 

Alimlər bu faktı araşdırmaq üçün heyvanların süni olaraq ürəyini dayandıraraq, daha sonra onlarda baş verək ürək problemlərini izləyib. Modellər 3 qrupa ayrılıb. Onlardan 1-ci qrup ağ işıqda, 2-ci qrup qırmızı işıqda, 3-cü qrup isə qaranlıq otaqda yatızdırılıblar. 

7 gecədən sonra mütəxəssislər heyvanların beyin hüceyrələrinin vəziyyətini araşdırıblar. 

Ağ işıqda yatan heyvanların beyinlərində yerləşən hipokampda hüceyrələrin məhv olmağa başladığı və bundan əlavə mikroqliyada iltihab müşahidə edilib.
 
Bütün bu problemlər ağ işıqlı otaqda bir gün yatdıqdan sonra meydana gəlib. Onu da bildirək ki, qırmızı işıqlı və qaranlıq otaqda yatan heyvanlarda bu problemlər yaranmayıb. 

Araşdırmaçılar insanlarda eyni problemlərin yarandığını müəyyən etməyə çalışıblar. İnsanların hipokampında bir dəyişiklik olmasa da, beyin hüceyrələrində iltihab səviyyəsinin artdığı məlum olub. Ağ işıq insanın sirkad ritmlərini də pozur. 

Bu isə onlarda piylənmə, depressiya, maddələr mübadiləsinin pozulması ilə müşahidə olunur.

OXŞAR XƏBƏRLƏR

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılır

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılır.   Sfera.az xəbər verir ki, 1 iyul 2025-ci il tarixindən qadınlar üzrə pensiya yaşı ...

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...