"Komanda gəldi ki, Talış kəndini götürməyə 40 dəqiqə vaxtınız var, dərhal döyüşə atıldıq"

Cəmiyyət
14:36 / 04.04.2019
4756
Şanlı aprel döyüşlərimizin qəhrəmanlarından biri də Xüsusi Təyinatlı Bölüyümüzün giziri, Qazi Sərxan Sənani oğlu Məmmədovdur. S.Məmmədov Talış kəndi uğurunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərib. Bu gün onun üçün iki qat bayramdır: həm aprel döyüşlərinin üçüncü ildönümü qeyd olunur, həm də doğum günüdür. S.Məmmədov 1991-ci il aprelin 4-də Bərdə rayonunun Otuzikilər kəndində anadan olub.
S.Məmmədov açıqlamasında aprel döyüşləri haqda öz təəssüratlarını bölüşüb:
"Aprel döyüşləri zamanı düşmənə qarşı əks hücuma keçdik. Barambat meşəsi istiqamətində irəliləyərkən düşmənin pusqusuna düşdük, amma ordan döyüşərək irəlilədik. Talış kəndində girdik, düşmən isə elə bilirdi ki, bizi pusquda öldürüb. Bizə komanda gəldi ki, Talış kəndini götürməyə 40 dəqiqə vaxtınız var. Biz dərhal əməliyyat keçirdik. Bizi görən ermənilər maşınlara minib qaçırdılar. Talış kəndi istiqamətində bir "Kamaz” gəlirdi. Onu pusquya saldıq və sürücünü məhv etdik. Maşından düşən erməni zabiti, mayor Hayk Torosyan dərədə gizləndi. Təslim ol! əmrimə tabe olmadığı üçün onu da məhv etdim. Sonradan bildim ki, həmin zabit erməni ordusunda "RAS” xidmət rəisidir.
Bu gün məni təbrik edən hər kəsə çox sağ ol deyirəm, ancaq axırıncı dəfə 18 yaşımda doğum günümü qeyd edib evdən çıxmışam. Doğum günümü üç dəfə işğal altında olan torpaqlarımızda keçirmişəm. Aprel döyüşlərində bir neçə düşməni məhv etsəm də, döyüşdə mənə yaxın olan qardaşlarım da şəhid oldu. Haçan torpaqlarımızı işğaldan azad edərik və qardaşlarımın qisasını alaram, onda doğum günümü qeyd edərəm. 5-10 erməni öldürməklə qisas olmur, gərək onların kökünü kəsək. Aprel döyüşləri bizim qürur tariximizdir. Gələcək nəsillərimizə örnək olsun deyə aprel döyüşləriylə bağlı sosial şəbəkədə tez-tez paylaşımlar edirəm. Biz ermənilərə rəhm etməli deyilik, onlar bizim analarımızı-bacılarımızı öldürüb, əsir götürüblər. Həmin döyüşlərdə kontuziya aldığım üçün ordu sıralarından tərxis olundum, amma buna baxmayaraq həmişə döyüşlərə qatılmağa hazıram. Allah torpaqlarımız uğrunda şəhid olan hərbçilərimizə də rəhmət eləsin”. Moderator