"8 aydır mənə qarşı vicdansız təbliğat apardınız ki..." - İlqar Məmmədovdan müxalifətə sərt reaksiya
13:14 / 04.04.2019
4896
REAL partiyasının sədri İlqar Məmmədov bəzi müxalifət nümayəndələrinə qarşı etiraz edib.
Sfera.az xəbər verir ki, İ. Məmmədov bildirib ki, bəzi müxalifət nümayəndələri 8 aydır ona qarşı kampaniya aparırlar:
"Deyirdim sizə, gedək seçkiyə, görək insanları səslərin müdafiəsinə səfərbər edə bilirikmi. Dediniz ki, yox e, biz meydanlardan birbaşa hakimiyyətə gələcəyik. 8 aydır mənə qarşı vicdansız təbliğat apardınız ki, inqilab eləmək istəyirisiz, İlqar Məmmədov imkan vermir. Yaxşı, "inqilab-inqilab" deyirdiniz, 4 dəfə mitinqə qoyulan qadağa həmin o inqilabınızı haçana qədər ertələdi? Amma qapılarımız yenə də açıqdır, seçki məsələsində əməkdaşlığa hələ də tam hazıram və bir daha dəvət edirəm".