Tarif Şurasından qaz və işıq limiti ilə bağlı açıqlama - VİDEO

Tarif Şurasından qaz və işıq limiti ilə bağlı açıqlama - VİDEO
Son zamanlar ölkədə aparılan islahatlar fonunda elektrik enerjisi və təbii qaza tətbiq edilən limitin götürülməsi, eləcə də qiymətin ucuzlaşması ilə bağlı müzakirələr gedir.

Məsələ artıq deputatlar səviyyəsində qaldırılıb. Ekspertlərin də fikrincə, əhalinin sosial vəziyyəti nəzərə alınaraq elektrik enerjisi və qaza tətbiq edilən limitin götürülməsi məsələsinə baxıla bilər.

Maraqlıdır, limitin ləğvi məsələsi Tarif Şurasında müzakirə olunurmu?

Sfera.az xəbər verir ki,Tarif Şurasının rəsmisi Ramin Şükürov Cebhe.info-ya açıqlamasında deyib ki, limitin ləğvi hələlik gündəmdə deyil:

"Bu məsələnin haradan çıxdığını anlamıram. Buna görə də cavab verə bilməyəcəyəm. Hansısa göstəriş olmalıdır ki, Tarif Şurası limiti ləğv etsin".

Xatırladaq ki, qaz və işıqla bağlı limit 2016-cı ildən tətbiq edilib. Həmin il noyabrın 28-də Tarif (qiymət) Şurasının qərarı ilə elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilmiş, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılmış, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Eləcə də təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılmış, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyən olunub.

Ancaq Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, dekabrın 22-də Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbədənkənar iclası keçirilib. İclasda təbii qaz və elektrik enerjisinin satışı tarifləri ilə bağlı edilən müvafiq tarif tənzimlənmələrində dəyişikliklər aparılıb. Qərar Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq qəbul edilib.

Dəyişikliyə əsasən, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcminin 1500 kubmetrdən 1700 kubmetrə artırılıb və 20 qəpik müəyyənləşdirilib.

Elektrik enerjisi aylıq istehlak həcmi 250 kilovat-saatdan 300 kilovat-saatadək artırılıb və 11 qəpik müəyyənləşdirilib.




OXŞAR XƏBƏRLƏR

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...