Ermənistan səhiyyə nazirinin müavini həbs olunub

Dünya
12:45 / 03.04.2019
3702
Ermənistan səhiyyə nazirinin müavini Arsen Davtyan həbs olunub. Bunu ölkənin Milli Təhlükəsizlik Xidmətinin mətbuat katibi Samson Qalstyan "”Sputnik Ermənistan”a bildirib.
Yerevan məhkəməsi nazir müavini barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair qərar qəbul edib.
A.Davtyan böyük məbləğdə rüşvət almaqda ittiham olunur.
"Səhiyyə nazirinin müavini barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib”, - deyə S.Qalstyan vurğulayıb.
Bir müddət əvvəl Milli Təhlükəsizlik Xidməti A.Davtyanı ölkənin baş mama-ginekoloqu Razmik Abramyandan rüşvət aldığına görə tutmuşdu.