İstanbulda səslər yenidən sayılır, ABŞ tərəfləri nəticələri tanımağa çağırır - GƏRGİNLİK

İstanbulda səslər yenidən sayılır, ABŞ tərəfləri nəticələri tanımağa çağırır - GƏRGİNLİK
 

Türkiyənin Yüksək Seçki Kurumu hakim AKP-nin müraciəti əsasında İstanbulun 7 rayonu üzrə səslərin yenidən sayılmasına qərar verib. Xəbərlərə görə əvvəlcə AKP səslərin yenidən sayılması üçün İstanbul dairə seçki komissiyasına müraciət edib, lakin CHP səslərin yenidən sayılması üçün əsas olmadığını irəli sürərək bu müraciətin təmin edilməməsini istəyib. Nəticədə səslərin sayılması prosesi yarımçıq dayandırılıb. Məsələyə gecə saatlarında YSK müdaxilə edib və bülleten torbalarının artıq açıldığını nəzərə alaraq səslərin yenidən sayılması qərarını verib.

 

Xatırladaq ki, YSK-nın açıqladığı və hələlik rəsmi olmayan nəticələrə görə İstanbulda seçkiləri CHP-nin namizədi Ekrem İmamoğlu udub. Hakim partiyanın namizədi Binəli Yıldırım ondan 24 minə yaxın səslə geri qalır. Buna baxmayaraq Yıldırım məğlub olduğunu qəbul etmir və AKP səslərin sayılmasında ciddi pozuntuların olduğunu iddia edərək yenidən sayım tələb edir. CHP-də şübhələnirlər ki, hakimiyyət hansısa yolla nəticələri öz xeyrinə dəyişməyə çalışır.

 

 

 

Bu arada ABŞ Dövlət Departamenti Türkiyədə tərəfləri "seçkilərin legitim nəticələrini tanımağa” çağırıb. Dövlət Departamentinin rəsmi nümayəndəsi Robert Palladino Türkiyədəki seçkilərlə bağlı bildirib: "Xəbərləri izləyirik. Azad və ədalətli seçkilər demokratiyanın mühüm hissəsidir. Bura legitim nəticələrin qəbul edilməsi də daxildir”.

 

Dövlət Departamentinin rəsmisinin bəyanatı Ankaranın xoşuna gəlməyib. Türkiyə XİN-in rəsmi nümayəndəsi Hami Aksoy yazılı bəyanatla çıxış edərək deyib ki, heç bir ölkənin "hüquq və demokratiyadan uzaq şəkildə başqa ölkələrdə seçkilərin nəticələrinə müdaxilə etmək və özünü nəticələrin legitim qaynağı olaraq görmək səlahiyyəti yoxdur”.

 

Virtualaz.org


OXŞAR XƏBƏRLƏR

Çox məntiqli bir səbəbi var: Bir çox tualetdə niyə iki ayrı yuyucu düymə var?

Tualetlərdə qarşılaşdığımız ikiqat su sistemi düşündüyümüzdən çox daha əhəmiyyətli bir səbəbə əsaslanır. Fərqində olmadan hər gün istifadə etdiyimiz bu dizaynın...

Bill Qeyts ən böyük səhvini açıqlayıb

Microsoft-un həmtəsisçisi Bill Qeyts şirkətin mobil əməliyyat sistemləri bazarındakı uğursuzluğunu özünün "ən böyük səhvi" adlandırıb və bu, korporasi...

Həyat tərzi ilə görənləri heyrətə gətirən "lal" tayfa: Pirahalar

Amazon meşələrində yaşayan Piraha tayfası dili, mədəniyyəti və qohumluq əlaqələri ilə dünyada nadir bir icmadır. Mücərrəd məfhumları ehtiva etməyən dilləri, sır...

Türkiyədə 15 gündə 34 nəfər saxta spirtli içkidən öldü- Həbs olunanlar var

Türkiyənin İstanbul şəhərində yanvarın 1-dən bu yana saxta spirtli içkilərdən istifadə nəticəsində 34 nəfər həyatını itirib.   Sfera.az xəbər verir k...

Meta 2025-ci ildə təxminən 3600 işçini ixtisar edəcək

Meta qarşıdan gələn il işçilərin 5% ixtisarını təsdiqləyib ki, bu da təxminən 3600 işçi təşkil edəcək. Sfera.az xəbər verir ki, bu barədə "CBS News"...

Bayden Qəzzadakı atəşkəslə bağlı bəyanat yaydı

ABŞ Prezidenti Co Bayden İsrail hakimiyyəti ilə HƏMAS arasında atəşkəs və girovların azad olunmasına dair razılaşma ilə bağlı bəyanat yayıb.   Bəyana...