“Məni son dərəcə sarsıtdı” - İlham Əliyev
Cəmiyyət
07:18 / 23.07.2015
2089
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, başsağlığı məktubunda deyilir:
"Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Şanlıurfa vilayətinin Suruç rayonunda törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!"
Sfera.az