Polis maşının altında qalacaqdı... - VİDEO

Polis maşının altında qalacaqdı... -  VİDEO

Xaçmaz rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları növbəti avtoreyd keçirib. 

Sfera.az Region TV-yə istinadən xəbər verir ki, Yol-nəqliyyat hadisələrinin qarşısını almaq məqsədilə keçirilən reyd rayonun Nabran qəsəbəsi ərazisində təşkil olunub.10 saat müddətində davam edən  reydə Xaçmaz rayon Polis Şöbəsinin Post-Patrul xidmətinin əməkdaşları da qatılıb. Yol-nəqliyyat hadisələrinin qarşısını almaq məqsədilə keçirilən reyd rayonun Nabran qəsəbəsi ərazisində təşkil olunub.

Daha çox qayda pozuntuları isə gecə saatlarında qeydə alınıb. Reyd zamanı sürücülərin sərxoş olub-olmadığını müəyyənləşdirmək məqsədilə həkim müayinəsi də təşkil edilib.

Sənədlərini və avtomobilin açarlarını polisə təhvil verməkdən imtina edən sürücülər də olub. Bununla yanaşı, sərxoş sürücülərin bəziləri polisə tabe olmayaraq müqavimət göstərib.

Reyd zamanı yol hərəkəti qaydalarını pozan 80-dən artıq sürücü barəsində protokol tərtib edilərək, tədbirlər görülüb. Reydlər istirahət mövsümü ərzində mütəmadi olaraq davam edəcək. 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Kokain viskidən pis deyil": Kolumbiya prezidentindən şok bəyanat

Kolumbiya prezidenti Qustavo Petro kokainin leqallaşdırılması məsələsi ilə bağlı debat açıb.    Sfera.az bildirir ki, Qustavo Petro ölkəsində qa...

“Netflix” transseksual aktrisa dan imtina etd - TƏFƏRRÜATLAR

İslamofob və irqçi mesajlar yayan ispan transseksual aktrisa Karla Sofia Qaskonun silinmiş tvitləri ətrafında mübahisələr getdikcə genişlənir.    ...

Bred Pitt Ancelina Coli ilə barışmağa çalışır: Məqsədi nədir?

Hollivud aktyoru Bred Pitt Ancelina Colidən münasibətlərini yaxşılaşdırmasını istəyib. Sfera.az bildirir ki, illərlə ictimai, qalmaqallı boşanmadan sonra məş...

Hindistanda fil turisti öldürdü

Hindistanın Anamalai Pələng Qoruğunda (Tamil Nadu ştatı) vəhşi fil Almaniyadan gələn 77 yaşlı turistə hücum edərək onu öldürüb.   Sfera.az bildirir ki,...

Bütün qızılları mağazadan çıxarmaq üçün üç gün havalandırma şaxtasında yaşadı - FOTO

Türkiyənin Adana şəhərindəki ticarət mərkəzindən qızıl oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. O, 3 gün havalandırma şaxtasında polisdən gizlənib və sonda ...

Türkiyədə sərnişin avtobusu aşdı- Ölən və yaralananlar var

Türkiyənin Antalya şəhərində sərnişin avtobusu aşıb.   Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 32 nəfə...