Həbsdən buraxılan Vidadi Zeynalov evində ziyafət verdi: Nadir Qarayevə xüsusi təşəkkür edib

Həbsdən buraxılan Vidadi Zeynalov evində ziyafət verdi: Nadir Qarayevə xüsusi təşəkkür edib
 
Martın 15-də həbsdən azad olunan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalovla bağlı ilginc məlumat yayılıb.

AzToday.az sosial şəbəkələrə istinadən xəbər verir ki, həbsdən çıxan korrupsioner məmur bir müddət evində istirahət etdikdən sonra yaxın dostları ilə birlikdə ziyafət təşkil edib. Həmin ziyafətdə Vidadi Zeynalovun biznes ortaqları olan "Məmmədoğullar” MMC-nin rəhbəri, iş adamı Ramazan Mirzəyev, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin sədri Rəfael Mehrəliyev, onun müavini, meriyanın oliqarx məmuru kimi tanınan Vidadi Əliyev və 1 saylı Xəzinadarlıq İdarəsinin rəisi, həm məmur, həm də biznesmen kimi tanınan Nadir Qarayev iştirak ediblər.

Zeynalovlar ailəsinə yaxın olan şəxsin iddiasına görə, Vidadi Zeynalov həbsdə olduğu müddətdə ona və ailəsinə mənəvi və maddi dəstək verən dostlarına, ortaqlarına dərin təşəkkür edərək, onlarla fəxr etdiyini deyib. Mənbənin sözlərinə görə, sabiq aparat rəhbərinin ona və ailəsinə edilən maddi dəstəyə görə Hacı Ramazanla birlikdə 1 saylı Xəzinədarlıq İdarəsinin rəisi Nadir Qarayevə xüsusi təşəkkürünü çatdırıb. Belə ki, Nadir Qarayevin Vidadi Zeynalova məxsus Xəzər dənizi kənarındakı evini formal olaraq alaraq ailəsinə qaytarması sabiq Aparat rəhbərini təsirləndirib. Vaxtı ilə Nadir Qarayevi MTN-nin cəngindən xilas edən Vidadi Zeynalov dostunun ona qarşı etdiyi bu jestdən çox məmnun qalıb.

AzToday.az-a verilən məlumata görə, Nadir Qarayev məclisdə dostlarına açıq şəkildə deyib ki, onun və sizlərin uzun illərdən bəri gözlədiyi və arzusunda olduğu xoş xəbər yaxın günlərdə eşidiləcək. AzToday.az olaraq bir müddət öncə qeyd etmişdik ki, 1 saylı Xəzinadarlıq İdarəsinin müdiri Nadir Qarayev Maliyyə Nazirliyi yanında yaradılan Dövlət Xəzinadarlıq Agentliyinin rəhbəri vəzifəsinə təyinat almaq istəyir. Nadir Qarayevin agentlik rəhbəri olması məsələsində əsas dəstəkçisinin isə himayədarı və yaxını Maliyyə Nazirinin müavini Azər Bayramov olduğu bildirilir.
 

OXŞAR XƏBƏRLƏR

Lotereya milyonçusu bütün var-dövlətini israf etdi: Yenidən zibil yığana çevrildi

Britaniyalı Maykl Kerroll lotereya uduşlarının ağılsızca xərclənməsinin simvoluna çevrilib, lakin bunun həyatının ən yaxşı dövrü olduğunu bildirir.   S...

Pilotun havaya qalxmazdan əvvəl sözləri sərnişinləri ağlatdı

Gənc qadının kapitan kimi ilk uçuşunu əks etdirən video “TikTok”da bir milyondan çox baxış toplayıb. Qadın bu uçuşu iyirmi ildən çox eyni aviaşirkət...

Ailə restorandan 100 min dollar təzminat aldı

Bir Britaniyalı ailə onları hesabı ödəmədən qaçmaqda günahlandıran restorandan 100 min dollar təzminat alacaq. Məlum olub ki, müştərilər ödənişi tam ödəyiblər, ...

Paşinyan İTV-yə müsahibə verdi: "Sülh sazişini imzalamağa hazırıq"

Albaniyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın İctimai Televiziyasına müsahibə verib.    Sfera.az xəbər verir ...

Gürcüstanda azərbaycanlını qətlə yetirən şəxs saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlı Aydın Həmzəyevin qətlində şübhəli bilinən şəxsin saxlanıldığını açıqlayıb.   Sfera.az xəbər verir ki, r...

"Avroviziya"nın ikinci yarımfinal mərhələsi başladı -CANLI

"Avroviziya-2025" beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsinə start verilib.   Sfera.az xəbər verir ki, bu il müsabiqə İsv...