Trampın Şimali Koreya liderindən nə istədiyi məlum oldu

Trampın Şimali Koreya liderindən nə istədiyi məlum oldu
 

ABŞ prezidenti Donald Tramp KXDR lideri Kim Çen Ina Şimali Koreyadakı nüvə silahlarını Amerikaya göndərməyi təklif edib.

 

Bu haqda "Reuters” yazır.

 

Agentlik bildirib ki, belə bir təklif 27-28 fevral tarixlərində Vyetnamda keçirilən ABŞ-KXDR liderlərinin zirvə toplantısı zamanı səslənib.

 

Başlıqların Amerikaya göndərilməsindən savayı, Pxenyandan ölkənin nüvə infrastrukturunu tam olaraq sökməsi, kimyəvi və bioloji silahların hazırlanması üzrə proqramları dayandırması, ballistik raketləri və buraxılış qurğularını ləğv etməsi, həmçinin qeyd olunanların istehsalı üzrə müəssisələri bağlaması istənilib.

 

Bundan başqa nüvə proqramına aid bütün alim və texniki işçi heyətin kommersiya sahəsi üzrə məkanlara köçürülməsi, amerikalılara və beynəlxalq müfəttişlərə onları maraqlandıran bütün obyektlərdə sərbəst yoxlamaların aparılmasına şəraitin yaradılması təklif olunmuşdu.

 

Kim Çen In bu təklifləri rədd edib və sammit elə həmin gün, vaxtından əvvəl yekunlaşıb.


OXŞAR XƏBƏRLƏR

Avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Azərbaycanın avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. ...

Sərvəti 1 milyardı keçdi

Türkiyəli məşhur aktyor Burak Özçivit sərvəti ilə gündəmə gəlib.   Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bütün qazancını daşınmaz əmlaka y...

Rusiya və Ukrayna 25 yaşdan kiçik əsir hərbçilərin mübadiləsinə başladı

Rusiya ilə Ukrayna arasında İstanbulda əldə edilən razılığa əsasən növbəti əsir hərbçilərin mübadiləsi reallaşıb.   Sfera.az xəbər veirr ki, bu barəd...

28 deputat Paşinyanın impiçmenti üçün imza təqdim edəcək

Ermənistanın "Hayastan" müxalif parlament fraksiyası baş nazir Nikol Paşinyana qarşı impiçment prosesinin başlanması üçün çatışmayan 28 deputat imzası...

Azərbaycan Gürcüstana birbaşa investisiyaları iki dəfə artırıb

Bu ilin birinci rübündə Azərbaycanın Gürcüstan iqtisadiyyatına birbaşa investisiyaları 25 milyon ABŞ dolları təşkil edib.   Bu barədə Sfera...

Bu məşhur elə dəyişdi ki, aeroportda tanımadılar - FOTO

Türkiyəli məşhur modelyer Gülşah Saraçoğlu keçirdiyi plastik əməliyyatdan sonra xaricə səfərində pasport nəzarət sistemi tərəfindən tanınmayıb.   Sfe...