111 yaşlı kişi uzunömürlülüyün sirrini açır: “Yaxşı döyüşçüyəm”

111 yaşlı kişi uzunömürlülüyün sirrini açır: “Yaxşı döyüşçüyəm”
Britaniyalı Bob Ueyton dünən 111 yaşını qeyd edib. O, ad gününü Alton şəhərindəki qocalar evində yaxınları, dostları ilə keçirib.

 Ueyton Böyük Britaniyanın ən yaşlı adamı sayılır. Hətta hər ad günündə kraliça Yelizaveta adından ona hədiyyə də göndərilir. Hərçənd, bu, Bobun xoşuna gəlmir. Davranışı səmimi saymır. Çünki hədiyyəni Yelizaveta seçmir, sadəcə, dövlət adından göndərirlər. Üstəlik, Ueyton ona hədiyyə alınmasını artıq xərc sayır.

Bob uzunömürlülüyün sirri haqda suala zarafatla cavab verib. Deyib ki, sirr hər yolla ölümdən qaçmaqdadır. Bu, Ueytona asan başa gəlməyib. Dəfələrlə əməliyyat keçirib, malyariyaya tutulub, ölümlə çox üz-üzə qalıb: "Mən çoxdan ölməliydim. Sadəcə, yaxşı döyüşçüyəm”.

Britaniyalının dediyinə görə, bu illər ərzində dünyanın yaşam qaydaları çox dəyişib. Amma bunu insanlar haqda demək olmaz. Onlar elə əvvəlki kimidirlər. Bob səyahət etmək imkanlarının genişləndiyini qeyd edir və bunu inkişaf sayır. Böyük Britaniyanın ən yaşlı adamının iki oğlu, qızı, 10 nəvəsi və 25 nəticəsi var.

Ueyton mümkün qədər fəal olmağa çalışır. Yemək hazırlayır, ərzaq mağazasına özü gedir.

OXŞAR XƏBƏRLƏR

Avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Azərbaycanın avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. ...

Sərvəti 1 milyardı keçdi

Türkiyəli məşhur aktyor Burak Özçivit sərvəti ilə gündəmə gəlib.   Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bütün qazancını daşınmaz əmlaka y...

Rusiya və Ukrayna 25 yaşdan kiçik əsir hərbçilərin mübadiləsinə başladı

Rusiya ilə Ukrayna arasında İstanbulda əldə edilən razılığa əsasən növbəti əsir hərbçilərin mübadiləsi reallaşıb.   Sfera.az xəbər veirr ki, bu barəd...

28 deputat Paşinyanın impiçmenti üçün imza təqdim edəcək

Ermənistanın "Hayastan" müxalif parlament fraksiyası baş nazir Nikol Paşinyana qarşı impiçment prosesinin başlanması üçün çatışmayan 28 deputat imzası...

Azərbaycan Gürcüstana birbaşa investisiyaları iki dəfə artırıb

Bu ilin birinci rübündə Azərbaycanın Gürcüstan iqtisadiyyatına birbaşa investisiyaları 25 milyon ABŞ dolları təşkil edib.   Bu barədə Sfera...

Bu məşhur elə dəyişdi ki, aeroportda tanımadılar - FOTO

Türkiyəli məşhur modelyer Gülşah Saraçoğlu keçirdiyi plastik əməliyyatdan sonra xaricə səfərində pasport nəzarət sistemi tərəfindən tanınmayıb.   Sfe...