Rauf Arifoğlu Müsavat Partiyasından istefa verdi

Rauf Arifoğlu Müsavat Partiyasından istefa verdi
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Müsavat Partiyası sıralarından istefa verib.

APA-nın xəbərinə görə, R. Arifoğlu iyulun 15-də istefa ərizəsini partiyanın başqanı Arif Hacılıya və Divana göndərib.

Baş redaktor ərizəsində Müsavat Partiyasının Bərpa Mərkəzinin üzvü olduğunu, partiyanın rəhbər strukturlarında vəzifələr tutduğunu, daha əvvəl isə 1989-cu ilin oktyabrında yaradılan AMDP Yeni Müsavat Partiyasının qurucularından və rəhbərlərindən biri olduğunu xatırladıb: “Mətbuata hərəkatdan, daha sonra isə Müsavat Partiyasının funksioneri olaraq gəlmişəm. Lakin zaman keçdikcə bəlli oldu ki, mahiyyətcə bir-birinə zidd olan bu sahələrdə eyni anda fəaliyyət göstərmək kifayət qədər mürəkkəb məsələdir. Uzun illərdir ki, media və partiya fəaliyyətinin bərabər zamanlılığının mənə yaratdığı diskomfortu, problemləri yaşamaqdayam. Qarşımda 3 dəfə seçim olub: 1992-ci və 2001-ci illərdə partiya fəaliyyətini seçərək, mətbu fəaliyyəti arxa plana atmışam. 2006-cı ildən etibarən isə partiyadakı funksiyalarımdan imtina edərək çox ağır durumda olan “Yeni Müsavat” qəzetinin yaşamasını təmin etmək üçün qəzetçilik fəaliyyətinə üstünlük verməyi seçmişəm və artıq 9 ilə yaxındır ki, Müsavat Partiyasında nəzərəçarpan fəaliyyətim olmayıb”.

R. Arifoğlu bildirib ki, azad qəzetçi kimi fəaliyyəti, bir şirkət sahibi kimi bəzən biznes, korporativ maraqlardan, ya da geniş ictimaiyyətə açıqlaya bilmədiyi həyati əhəmiyyətli məsələlərdən doğan manevr və gedişləri Müsavat Partiyasının və şəxsən özünün bədxahlarında, bəzənsə hətta bir sıra dostların özündə qıcıq və suallar yaradır: “AXCP və ona bağlı olan qurumlarsa bu məqamdan Müsavata qarşı şantaj vasitəsi kimi istifadə edir. Müsavat Partiyasının 5-ci başqanı İsa Qəmbər kənardan və daxildən olan bu basqılara cavab kimi “... “Yeni Müsavat”a qarşı hücumlar mənə olan hücumlardır” düsturunu irəli sürmüşdü. Lakin hesab edirəm ki, bu cür proses uzun müddət davam edə bilməz. Tamamilə haqlı olaraq Müsavatın 6-cı başqanı Arif Hacılı Məclisdəki sonuncu çıxışında “Yeni Müsavat”ı partiyadan asılı olmayan, öz baş redaktorunun və kollektivinin yönəltdiyi müstəqil qəzet elan edib. Mən də bunun bir gerçək olduğunu, oyun olmadığını təsdiq edirəm və bu qəzetin təsisçisi-baş redaktoru olaraq şəxsimi partiya mükəlləfiyyətinin yaratdığı məcburiyyətlərdən, partiyamızı isə mənim qəzetçi-iş adamı fəaliyyətimin yaratdığı məsuliyyət və suallardan azad edirəm. Partiyada üzvlüyümü dayandırıram, müstəqil qəzetçi kimi bütün davranış və manevrlərimin, fəaliyyətimin sorumluluğunun yalnız mənə aid olduğunu bəyan edirəm. Lakin bilmənizi istərdim ki, Müsavat mənim hər şeyimdir, Müsavat mənim həyatımın mənası və özüdür! Mən təşkilatda üzvlüyümü dayandırsam da, əqidəcə müsavatçı kimi qalıram, bu missiyanın gələcəyinə inanaraq, onun üçün əlimdən gələni etməyə hazır olduğumu bildirirəm. Müsavat Partiyasının indiki rəhbərliyini, onun başqanını, siyasi kurs və mübarizəsini dəstəkləyirəm, sevinirəm ki, Müsavat adına olan təşkilatımız əmin və etibarlı əllərdədir. İnanıram ki, partiya da gərəkən zamanda, həmişə olduğu kimi, söz azadlığına və “Yeni Müsavat”a dəstək olacaq”.

OXŞAR XƏBƏRLƏR

Cənazə biznesi sahibinin evindəki ürpədici kəşflər müstəntiqləri təəccübləndirdi

Koloradoda (ABŞ) dəfn evinin sahibi, 34 yaşlı Mayls Harford öz evində 35 yandırılmış insan qalıqlarını qanunsuz saxlamaqda ittiham olunur. İndi təqsirləndirilən...

Gündə bu qədər çörək yeyə bilərsiniz - Pəhrizdə olanlara ÇAĞIRIŞ

Dietoloq Yuliya Çexonina və ROSBIOTECH Universitetinin taxıl, çörəkbişirmə və qənnadı məmulatları texnologiyaları kafedrasının müdiri Yelena Taranova çörəyi tam...

“Simpsonslar”da ölümcül qasırğanın olacağı təsvir edilib: Pərəstişkarlar heyrətə gəlib

“Simpsonlar” cizgi serialının pərəstişkarları iddia edirlər ki, ssenaristlər Florida ştatını vuran və azı 17 nəfərin ölümünə səbəb olan qasırğanı əv...

Qadını öldürdükdən sonra özü də intihara cəhd etdi

Hollandiyanın Assen şəhərində 35 yaşlı Ukrayna vətəndaşının meyiti tapılıb. Hadisədən sonra intihara cəhd edən onun 40 yaşlı keçmiş sevgilisi cinayətdə şübhəli ...

4 litr su içən qadın xəstəxanalıq oldu - İlginc HADİSƏ

Avstraliyalı Nina Munro soyuqdəymə əlamətlərini "müalicə etmək" üçün təxminən dörd litr su içdikdən sonra ağır vəziyyətdə qalıb. Sfera.az xəbər ver...

TƏBİB-dən Tağı Əhmədovun ölümü ilə bağlı AÇIQLAMA

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Tağı Əhmədovun halının pisləşməsi səbəbilə çağırış daxil olub.   Sfera.az xəbər verir ki, ...