«ŞİMALİ KAROLİNANI İSRAİLƏ VERİN» – Suriyanın BMT-dəki daimi nümayəndəsindən ABŞ-a «təklif»
Dünya
09:47 / 30.03.2019
4048
Suriyanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Bəşər Cəffəri ştatlarından bir cütünü İsrailə verməyi Amerika Birləşmiş Ştatlarına (ABŞ) təklif edib.
«Nə üçün də Şimali Karolina İsrailə verilməsin? Ora yaxşı torpaq sahəsidir…» – deyə, Cəffəri ABŞ-ın Qolan təpələri üzərində İsrailin suverenliyini təsdiqləyən qərarı ilə bağlı çərşənbə günü Təhlükəszlik Şurasının (TŞ) fövqəladə iclasında çıxış edərkən bildirib.
«Əgər siz, bu ölkəni belə dəstəkləyirsinizsə, bir cüt ştatınızı İsrailə bağışlayın» – Cəffəri kinayə ilə ABŞ-a təklif edib.
«Suriya Qolanı – bura bizim ərazimizdir və o, bizə qayıdacaq. Yolunuzu azmayın ki, nə vaxtsa bu torpaq Sizin olacaq, çünki Siz, siyasi oyunlarda piyadaya çevrilmisiniz» – deyə, Cəffəri israilli həmkarına səslənib