Qurban Qurbanov ona öz cibindən maaş verir?
İdman
17:50 / 29.03.2019
4051
Bilindiyi kimi, Qurban Qurbanov millinin baş məşqçi postundan ayrılandan sonra Aydın Rüstəmovu da özüylə apardı.
Hələ Berti Foqtsun vaxtından yığmada tərcüməçi işləyən bu şəxs iş yerini dəyişərkən AFFA ilə problem yaşadı.
Bu ilin yanvarından o, «Qarabağ»n əsas komandasında çalışır. Digər tərcüməçi Elvar Quliyevlə bərabər bu vəzifəni daşıyır.
Alman və fransızcadan savayı, Qurban Qurbanovun məsləhəti ilə ingilis dilini də qısa müddətdə öyrənən Aydın bəy indi baş məşqçinin «sağ əli»di.
Rüstəmovun əməkhaqqısı yüksəkdi. Yəni ki, əvvəlkindən heç də az qazanmır və yığmanın sabiq tərcüməçisinin hələ «Qarabağ»ın ştatdankənar əməkdaşı olması barədə məlumat var.
Başqa sözlə, hələ klub tərəfindən rəsmən işə götürülməyib. Onun məvacibini isə Qurbanovun öz cibindən verdiyi bildirilir. sportinfo.az