Ölümdən xilas olan 2 gənc - VİDEO (18+)
Cəmiyyət
04:48 / 23.07.2015
2139
Xəbər verdiyimiz kimi Türkiyənin Şanlıurfa vilayətinin Suruç qəsəbəsində 31 nəfərin ölümünə səbəb olan partlayış baş verib. Bizimyol.info xəbər verir ki, terror aktı ilə bağlı artıq 3 şübhəli var. Terrorun İŞİD tərəfindən hazırlandığı güman edilir. Terrorun baş verdiyi an çəkilən görüntülər hamını şoka salıb.
Ölümdən canını qurtaran 2 gənc isə yaşadıqları üçün dua edirlər. Belə ki, fiziki məhdudiyyətli bir oğlan və gənc qız, partlayış anından bir neçə saniyə öncə ərazini tərk ediblər. Nəticədə həmin gənclər sağ qalıb.
Qeyd edək ki, 300 nəfərdən ibarət qrup Suruçda toplaşaraq mətbuat açıqlaması verirdi. Onlar açıqlamadan sonra sərhədi keçərək Suriyanın Kobani şəhərinə daxil olmağı planlaşdırırdılar. Gənclər Kobanidə dağıdılmış binaların tikintisində, parkların salınmasında könüllü olaraq iştirak etmək istəyirdilər.
Sfera.az həmin görüntüləri təqdim edir: