"Beşiktaş"ın futbolçusu İtaliya klubunda
İdman
12:25 / 29.03.2019
4017
"Beşiktaş" klubunun 23 yaşlı yarımmüdafiəçisi Doruxan Toköz karyerasını İtaliyada davam etdirə bilər.
Futbolçu "Cenoa" kıubunun maraq dairəsindədir. Forvardın meneceri İtaliya mətbuatına açıqlamasında xəbərlərin doğru olduğunu təsdiqləyib:
"Bu iddiaları inkar etmirəm. Çünki "Beşiktaş"la "Cenoa" arasında qeyri-rəsmi bir görüş olub. "Cenoa" futbolçuyla maraqlandığını bildirdi və klublar arasında birdəfəlik keçid barədə danışıldı".
Menecer açıqlamasında deyib ki, "ağ-qaralar" transferin gerçəkləşməsi üçün "Cenoa" klubundan 20 milyon avro istəyib.
Qeyd edək ki, ötən ildən "Beşiktaş" klubunun şərəfini qoruyan Türkiyə millisinin üzvü bu mövsüm Superliqada 14 oyuna çıxıb və 3 qol vurub.