Hindistanda avtobus qəzası zamanı 8 nəfər ölüb

Dünya
11:22 / 29.03.2019
3900
Hindistanda avtobusun yük maşını ilə toqquşması nəticəsində 8 nəfər ölüb.
ONA-nın xəbərinə görə, bu barədə "Zeenews” telekanalı məlumat yayıb. Hadisə bu gün səhər saatlarında Uttar-Pradeş ştatında baş verib. Qəza zamanı 30 nəfər xəsarət alıb. Onlar xəstəxanalara yerləşdiriliblər. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.