Messinin `Hetafe`yə vurduğu qol `Barselona` tarixinin ən yaxşı qolu seçilib - VİDEO

Messinin `Hetafe`yə vurduğu qol `Barselona` tarixinin ən yaxşı qolu seçilib - VİDEO
Argentinalı Liolen Messinin futbol üzrə İspaniya Çempionatının 2006/2007 mövsümündə "Hetafe"nin qapısından keçirdiyi top "Barselona" tarixinin ən yaxşı qolu seçilib.

Kulubun rəsmi saytının verdiyi məlumata görə, L.Messinin qolu azarkeşlərin səsəverməsində sonra klubun tarixində "ən yaxşı qol" seçilib.

İkinci yerdə L.Messinin İspaniya Kubokunun 2014/2015 mövsümündə "Atletik" klubunun qapısına vurduğu qol qərarlaşıb. Üçüncü yeri yenidən argentinalı L.Messinin Çempionlar Liqasının 2010/2011 mövsümündə yarımfinal mərhələsində "Real" klubunun qapısına vurduğu qol tutub.

Dördüncü yerdə isə Serxi Robertonun Çempionlar Liqasının 2016/2017 mövsümündə 1/8 final mərhələsində "PSJ"nin qapısına vurduğu həlledici qol qərarlaşıb.

Xatırladaq ki, "PSJ2yə qarşı 1/8 final mərhələsində keçirilən 2 qarşılaşmadan birincisi - səfər qarşılaşmasını "Barselona" 4:0 hesabı ilə məğlub olmuşdu. Lakin cavab görüşündə "Barselona" rəqibini 6:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlmişdi.


OXŞAR XƏBƏRLƏR