“Beşiktaş” italyanların fantastik təklifini rədd etdi
İdman
18:29 / 28.03.2019
2900
İtaliyanın "Cenoa” klubu Türkiyə millisinin və "Beşiktaş”ın futbolçusu Dorukhan Toközə "elçi düşüb”.
A Seriyası təmsilçisi 22 yaşlı yarımmüdafiəçi üçün menecerlər vasitəsilə İstanbul təmsilçisinə 6 milyon avro təklif edib. "Beşiktaş” isə bu təklifi rədd edib. Bildirilib ki, "Cenoa" oyunçu üçün mövsümün sonunda daha yüksək bir məbləğ təklif edərsə, klublar danışıqlara başlaya bilər.
Qeyd edək ki, Dorukhan Toköz 2018-ci ilin iyul ayında "Əskişəhərspor”dan azad agent kimi "Beşiktaş"a keçib. O, Türkiyə millisinin AÇ-2020-nin seçmə mərhələsində səfərdə Albaniyanı 2:0, evdə Moldovanı 4:0 hesabı ilə məğlub etdiyi matçlarda meydanda olub. Bu mövsüm "Beşiktaş"ın heyətində 19 oyunda iştirak edən yarımmüdafiəçi 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.