Mozambikdə tropik siklon nəticəsində ölənlərin sayı 468 nəfərə çatıb
Dünya
17:55 / 28.03.2019
2957
Mozambikdə "İdai” tropik siklonu səbəbindən həyatını itirənlərin sayı azı 468 nəfərə çatıb.
Yerli "Pais” nəşri yazır ki, bu barədə Milli Təbii Fəlakətlərin İdarəsi İnstitutunun rəhbəri Auqustu Maytu bildirib.
Mozambik Prezidenti Filipe Nyusi təbii fəlakət qurbanlarının sayının min nəfərdən çox ola biləcəyini deyib. Onun sözlərinə görə, hazırda tropik siklon 795 min insana təsir edib.
Afrikanın cənub-şərq sahillərində tüğyan edən "İdai” tropik siklonu Mozambik, Zimbabve və Malavidə ciddi dağıntılara səbəb olub. Mozambikin təbii fəlakətdən ən çox zərər görən yaşayış məntəqəsi Beyra şəhəridir.