Səudiyyə qəzeti Osmanlını İŞİD-ə bənzətdi

Dünya
14:30 / 28.03.2019
3491
Səudiyyə Ərəbistanının yarı rəsmi media orqanlarından olan "Ukaz" qəzeti Osmanlı dövlətini İŞİD "xilafəti"nə bənzədib.
Sözügedən bənzətmənin edildiyi məqaləni qəzetin yazarlarından Hani əz-Zahiri qələmə alıb.
Qəzet "İŞİD-in ilk dövləti 1299-1923" başlıqlı məqaləni dərc edərək, Osmanlını müstəmləkəçilikdə ittiham edib.
Qəzetin baş redaktor köməkçisi Xalid Abbas Daşkəndinin "Yeni Osmanlı, əcdadlarının imperatorluğunda nə gəzir?" başlığıyla yazdığı digər bir məqalədə də Osmanlı tarixinə dair iddialar irəli sürüb. Sputnik