"Taliban"-la İŞİD arasında qarşıdurma oldu
Dünya
12:41 / 28.03.2019
3001
Əfqanıstanın şərqindəki Kunar vilayətinin Çapadere rayonunda İŞİD-lə "Taliban" arasında qarşıdurma olub. Bu barədə Kunar vilayət rəhbəri Əbdül Səttar Mirzakval jurnalistlərə açıqlama verib. O, verdiyi açıqlamada Çapadere rayonunda "Taliban" üzvləri ilə İŞİD terrorçuları arasında qarşıdurma olduğunu bildirib. Mirzakval toqquşmada 17 İŞİD üzvü ilə 2 "Taliban" üzvünün öldüyünü, 15 İŞİD terrorçusu ilə 10 "Taliban" üzvünün də yaralandığını söyləyib. Çapadere bölgə rəhbəri Xəlilullah Xəlili də İŞİD üzvlərinin toqquşma nəticəsində "Taliban" nəzarətindəki Dereyi Nanqlam və Dereyi Diqel bölgələrini ələ keçirdiyini qeyd edib. Xəlili qarşıdurma səbəbilə 2 min ailənin bölgədən çıxmaq məcburiyyətində qaldığını deydib.