Dudayevin “Mersedes”i ilə ana və qızını öldürmüş çeçen axtarışa verildi-FOTO

Dudayevin “Mersedes”i ilə ana və qızını öldürmüş çeçen axtarışa verildi-FOTO
Rusiya deputatları yardım üçün Ramzan Kadırova müraciət edib...

 Smolensk vilayəti Dumasının üzvləri Çeçenistan lideri Ramzan Kadırovdan Moskvada ölümlə nəticələnmiş  qəza  törədərək hadisə yerindən qaçmış  sürücünü  tapmaqda kömək etməsini xahiş ediblər.  

Faciə martın 24-də Mojaysk şossesində baş verib. Yüksək sürətlə  hərəkət edən "Mercedes Gelandewagen" avtomobili  "Niva"ya çırpılıb. Nəticədə 34 yaşlı  qadın və onun 14 yaşlı qızı həlak olub.  Sükan arxasında olan ailənin başçısı isə  xəstəxanaya yerləşdirilib. 

Xarici  avtomobil sürücüsü qəza yerindən qaçıb. "Mash" Telegram -kanalının məlumatına görə, "Mercedes" çeçen "MMA"(qarışıq döyüş novü) döyüşçüsü Abdul-Rəhman Dudayevə məxsusdur. Ancaq həmin faciəli gündə sükan arxasında o, özü deyil, soyğunçuluqda ittiham olunan  keçmiş məhkum Müslüm Cambekov olub.  A.Dudayev özü isə hazırda  elit bir xarici avtomobilin sahibi olduğunu inkar edib. Onun sözlərinə görə, sözügedən avtomobili bir il öncə satıb. 

Faciəyə məruz qalmış ailəyə kömək etməyi vəd edən Smolensk vilayət Dumasının deputatı Andrey Mitrofanenkov  isə "VKontakte" sosial şəbəkəsindəki səhifəsində Çeçenistan başçısından kömək istəməyi qərara alıb. O, Kadırovun "bu faciəyə laqeyd qalmayacağına" və onun müdaxiləsindən sonra Cambekovun "özünü bir kişi kimi göstərərək polisə təslim olacağına" ümid etdiyini bildirib.Moderator

OXŞAR XƏBƏRLƏR